Rusiya həbsxanalarında və istintaq təcridxanalarında kadr çatışmazlığı kritik həddə çatıb – bəzi regionlarda Federal Penitensiar Xidmətin əməkdaşlarının çatışmazlığı 50 faizə çatıb.
SİA-nın məlumatına görə,“İnterfaks” xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin direktor müavini Aleksandr Rozin Ümumrusiya İnsan Hüquqları Müvəkkillərinin Koordinasiya Şurasında bildirib.
Orta hesabla həbsxana mühafizəçisi çatışmazlığı 37,8 faiz təşkil edir.
Ən pis vəziyyət Federal Penitensiar Xidmətin Tula vilayəti üzrə Müdirliyindədir, burada cəza sistemində sıravi və kiçik komandirlər arasında kadr çatışmazlığı 70 faizə çatır.
…Biz çətin vəziyyətdəyik.
Bunu Rozin deyib.
Həmin iclasda daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy da mühafizəçi çatışmazlığından danışıb.
Onun sözlərinə görə, müşayiət bölmələrində kadr çatışmazlığı 29 faizə çatıb.
Əli Babayev