İsrailin paytaxtı səsdən sürətli raketlə vuruldu


Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları Təl-Əvivə hipersonik ballistik raket atıb. SİA xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria “Əl Məsirə” televiziyasında bildirib.

O, hücumun çoxsaylı döyüş başlıqlarına malik hipersonik ballistik raket “Fələstin-2” ilə həyata keçirildiyini dəqiqləşdirib. Sariyanın sözlərinə görə, raket işğal altında olan Yaffa bölgəsində bir neçə mühüm hədəfi vurub. O, zərbənin uğurlu olduğunu iddia edir.

Sentyabrın 25-də İsrail qırıcıları Yəmənin şimalını idarə edən “Ənsar Allah” hərəkatının nəzarətində olan hərbi obyektlərə hücum edib. Husi lideri Bədr əd-Din əl-Husinin həftəlik müraciətinin yayımı zamanı hava hücumları paytaxt Sənanı , o cümlədən prezident sarayının daxilində yerləşən hərbi düşərgəni hədəf alıb.

İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki hədəflərə hücumu təsdiqləyib. O, həmçinin İsrail Müdafiə Qüvvələrinin (IDF) Husilərin Baş Qərargahının düşərgəsi də daxil olmaqla bir neçə hərbi düşərgəyə zərbələr endirdiyini , onlarla Husi yaraqlısını, həmçinin İHA və silah anbarlarını məhv etdiyini açıqlayıb.

Əlaqəli Xəbərlər