“Rebuild Karabakh” Hakatonu – Gələcəyin şəhərlərini birlikdə quraq!


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyədəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonu keçiriləcək. SİA xəbər verir ki, bu təşəbbüsün əsas məqsədi Qarabağın yenidən qurulması prosesinə gənclərin, startapçıların, mütəxəssislərin və innovativ yanaşmaların cəlb edilməsidir. Hakaton iştirakçıları “ağıllı şəhərlər”, “mobillik”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” mövzularında işləyərək yeni layihələr və texnoloji həllər təqdim edəcəklər.

2 gün davam edəcək hakatonun 31 oktyabr – 1 noyabr 2025-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində iştirakçılar innovativ layihələrini təqdim etmək, komanda şəklində işləmək, həmçiningələcək əməkdaşlıq və tərəfdaşlıq imkanlarından faydalanmaq şansı əldə edəcəklər. Hakatonun sonunda qalib komandalar təltif olunacaq və nailiyyətləri qiymətləndiriləcək. Bu təşəbbüs həm də Qarabağın müasir, ekoloji və yaşıl standartlara uyğun gələcəyinin formalaşdırılmasına birbaşa töhfə vermək imkanını yaradır. Hakatonda iştirak etmək üçün qeydiyyat 10 oktyabr 2025-ci il tarixinədək açıqdır. Qeydiyyatdan keçmək istəyən şəxslər aşağıdaki link vasitəsilə müraciət edə bilərlər: https://forms.fillout.com/t/wzfNzA2HC4us

Əlaqəli Xəbərlər