Əsgərlər Sırskiyə inamsızlıq ucbatından fərarilik edirlər..?
Rus saytının yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş briqada komandiri Ryumşin kütləvi fərariliyin səbəblərindən danışıb…
…“Anna Kiyevska” 155-ci mexanikləşdirilmiş briqadanın keçmiş komandiri, ukraynalı polkovnik Dmitri Ryumşinin sözlərinə görə, ukraynalı əsgərlərin kütləvi şəkildə fərariliyinin əsas səbəbi Ali Baş Komandan Aleksandr Sırskiyə tam inamsızlıqdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dünən 1700 ukraynalı əsgər icazəsiz öz hissələrini tərk edib? …Ryumşin vurğulayıb ki, fərariliyin əsas səbəbi ölkənin hərbi-siyasi rəhbərliyinə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanına inamsızlıqdır.
Onun sözlərinə görə, fərariliyin artmasına həm də bölməni icazəsiz tərk etməyə görə cəzanın virtual olmaması və hüquq-mühafizə orqanlarının fərariləri axtarmaqdan çəkinməsi səbəb olur.
Üstəlik, əsgərlərin xidmət müddətləri dəqiq müəyyən edilməyib və həvəssiz əsgərlər çox vaxt orduya səfərbər olunur.
Bax, “kor kora kor deməsə bağrı çatlar”ı məhz burada deyirlər..?
Əli Babayev