Maral zoopark işçisini öldürüb…


Rusiya Federasiyasında, Çita yaxınlığındakı Amodovo zooparkında maral zoopark işçisinə hücum edib, nəticədə kişi ölüb.

SİA xəbər verir ki, bu barədə bazar günü, sentyabrın 28-də REN TV məlumat yayıb.

Zooparkın direktoru Vadim Kostennikovun sözlərinə görə, insident heyvanın hasardan keçərək onun əhatəsindən qaçması ilə başlayıb.

Zoopark işçisi bunu görüb və ziyarətçilərə hücum etməsinin qarşısını almaq üçün onu geri qaytarmağa tələsib. Qəflətən maral ona hücum edərək buynuzları ilə yerə sancır.

Şahidlərin bildirdiyinə görə, hadisə zamanı yaxınlıqda çoxlu sayda insan, o cümlədən qadınlar və uşaqlar olub.

Bəziləri heyvana daş və çubuq ataraq kömək etməyə çalışıblar.

Məlumata görə, kişi heyvanı saxlayıb və bütün ziyarətçilər qaçıblar.

…İyunun 22-də şir Krım Tayqan Safari Parkının direktoru Oleq Zubkova hücum edib. Zubkovun vəziyyəti ağırdır.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər