…Rusiya hakimiyyəti Baykal gölünün yaxınlığında ABŞ-da yerli Amerika rezervasiyalarına bənzər zona yaratmalıdır.
SİA-nın məlumatına görə, bu barədə RBC-yə müsahibəsində Buryatiya rəhbəri yanında Baykal bölgələri nümayəndələrinin ictimai şurasının üzvü Qalina Arsenyeva bildirib.
…Heç kim Baykal gölünə yerli əhali qədər diqqətlə yanaşmayacaq.
Bunu deyən Arsenyeva “Baykal hüquq anomaliyasının” mövcudluğunu şərh edib: Baykal gölünün hüquqi statusundan irəli gələn çoxsaylı hüquqi münaqişələr, o cümlədən sakinlər üçün mülkiyyət hüquqlarının məhdudlaşdırılması…
O, təklif edib ki, dövlət ərazini saxlamaq öhdəliyi müqabilində yerli sakinlərə qalmaları üçün pul ödənilə bilər. Alternativ olaraq ictimai xadim yaşayış məntəqələrinin xüsusi mühafizə zonasından çıxarılmasını təklif edib.
Bundan əvvəl Ulan-Ude sakinləri Baykal gölünün təsvirləri olan zibil qutularına qarşı qəzəblərini bildiriblər.
Sakinlər müqəddəs gölün zibil qabındakı təsvirini təhqiredici hesab ediblər.
Nazlı Almuradova