Deputatdan marjinal siyası qruplara əsaslı cavab


“Azərbaycanın uğurlarını həzm edə bilməyən marjinal siyasi qruplara və bəzi xarici dairələrə ünvanlanaraq bildirib ki, ölkəmiz Qafqazın aparıcı ölkəsi olaraq regional və bir sıra qlobal məsələlərə töhvə verməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı Vüqar Bayramov marjinal siyasi qruplara cavab olaraq deyib.

Onun sözlərinə görə, son 21 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. 2003-cü il ilə müqayisədə Azərbaycanda minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə artıb. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 72 milyard dollardan çoxdur: “Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi.

Ötən il bu rəqəm 75 milyard dollara çatıb. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı. O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü”.

Əlaqəli Xəbərlər