Vətən müharibəsi şəhidinin evi ziyarət olunub


Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Əkbər Bahadur oğlunun ailəsi ziyarət olunub. SİA xəbər verir ki, ilk öncə şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Anım tədbirində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, rayon təşkilatı aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak ediblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əkbər Hüseynov 2001-ci il 11 iyul tarixində Sabunçu rayonunda anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Bakı şəhəri, Sabunçu rayonu 252 nömrəli tam orta məktəbdə alıb. Əkbər Hüseynov 2020-ci il sentyabrın 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Əlaqəli Xəbərlər