Valensiya hakimiyyəti yaxınlaşan Qabriel qasırğası ərəfəsində qırmızı xəbərdarlıq elan edib. SİA xəbər verir ki, bu haqda BBC məlumat yayıb. “Qabriel qasırğasının yaxınlaşması ilə əlaqədar bölgə üçün qırmızı həyəcan siqnalı verilib” , – məlumatda deyilir.
Nəşrin məlumatına görə, İspaniyanın Valensiya və Saraqosa şəhərlərinin bir hissəsi su altında qalıb. Bu gün Valensiya hakimiyyəti məktəbləri, kitabxanaları və parkları bağlamaq qərarına gəlib.