Türkiyə-Azərbaycan münasibətlərini pozmağa çalışan qüvvələr var


Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışan həm daxili, həm də xarici qüvvələr var. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib.

Müşavir son günlər Türkiyənin bəzi media orqanlarında Azərbaycana qarşı dezinformasiya xarakterli məlumatların yayılmasına da toxunub: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışan həm daxili, həm də xarici qüvvələr var. Biz bunlara qarşı bərabər mübarizə aparmalıyıq”.

O, sosial şəbəkə üzərindən aparılan bu kimi kampaniyaları ciddiyə almağın tərəfdarı olmadığını vurğulayıb.

Əlaqəli Xəbərlər