Texniki vasitələrin elektromaqnit uzlaşması haqqında texniki reqlament təsdiq ediləcək


“Texniki vasitələrin elektromaqnit uzlaşması haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb. SİA bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Qeyd edək ki, sözügedən texniki reqlament “Texniki tənzimləmə haqqında” Qanun nəzərə alınaraq, insan həyatı və sağlamlığı, əmlakının mühafizəsi, ətraf mühitin mühafizəsi, istehlakçıları çaşdıran hərəkətlərin qarşısının alınması üçün xəbərdarlıq, təhlükəsizlik və enerji səmərəliliyi məqsədilə Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan texniki vasitələrin elektromaqnit uzlaşmasına dair məcburi tələblərin təmin edilməsi və texniki vasitələrin istehlak bazarında sərbəst dövriyyəsi məqsədilə hazırlanıb. Ölkədə elektromaqnit uzlaşmasına dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, Azərbaycanda dövriyyədə olan texniki vasitələr bu texniki reqlamentin tətbiq olunan tələblərinə də uyğun olmalıdır.

Əlaqəli Xəbərlər