Filippində baş verən zəlzələdə ölənlərin sayı 72 nəfərə çatıb


Filippinin Sebu vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 72 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Filippinin Təbii Fəlakətlərin Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Şurası məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində, həmçinin 294 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Sebu vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi elan olunub.

İlkin qiymətləndirməyə əsasən, yeraltı təkanlar 87 infrastruktur obyektini və 597 yaşayış evini zədələyib.

Qeyd edək ki, sentyabrın 30-da yerli vaxtla saat 21:59-da Filippində 6,9 ballıq zəlzələ baş verib.

Əlaqəli Xəbərlər