Monteneqronun Budva şəhəri ətrafında dağlıq ərazidə meşə yanğını baş verib.
SİA xəbər verir ki, Podostroq kəndi ərazisində başlayan yanğının söndürülməsinə Budva Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Mülki müdafiə qüvvələri yanğının daha geniş əraziyə yayılmaması üçün mübarizə aparır.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.