…ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker hələ də Rusiyadan neft və qaz alan Alyans ölkələri nümayəndələri ilə söhbət edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə sosial şəbəkədə bildirib.
…Mən hələ də Rusiyadan neft və qaz alan NATO müttəfiqləri ilə danışmışam. Biz onlara iqtisadiyyatlarını məhv etmədən Rusiya ordu maşınından ayrılmağa kömək edirik, – Uitaker deyib.
O əlavə edib ki, “Polşa bunun necə edilə biləcəyini göstərir”. Bundan əvvəl media ABŞ prezidenti Donald Trampın ABŞ-ın NATO-dakı səfiri Uitakerə Avropanı “Rusiya neftindən imtina etməyə məcbur etmək” üçün təzyiqi artırmağı təklif etdiyini yazmışdı.
Əli Babayev