Azərbaycanda tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 6 %-ə yaxın artıb


Bu il iyulun 1-nə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 119 min nəfər təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, bu, 2024-cü ilin sonu ilə müqayisədə 5,7 % çoxdur.

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 6 ayda 8,1 milyard manat vəsait yönəldilib ki, bunun da 6,1 milyard manatı tikinti- quraşdırma işlərinə sərf edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çoxdur. Respublika ərazisində tikinti-quraşdırma işlərinə sərf edilən əsas kapitala yönəldilən vəsaitin 31,5 %-i isə (2 milyard manatı) işğaldan azad olunmuş ərazilərin payına düşüb.

Hesabat dövrünə tikinti sektorunun stabil artım tempi iqtisadiyyatda ümumi investisiya mühitinin güclənməsinə və məşğulluq səviyyəsinin qorunmasına müsbət təsir göstərib.

“Beləliklə, son dövrlərdə tikinti sektorunun ÜDM-dəki payının artması ümumi iqtisadi aktivliyin dəstəklənməsində əhəmiyyətli rol oynayıb”, – AMB hesab edir.

Əlaqəli Xəbərlər