Şərqi Flandriyada gizli tütün fabriki aşkar edilib


Bu gün səhər saatlarında Belçikanın Qrembergen şəhərində polis qanunsuz siqaret istehsalı fabriki aşkar etdikdən sonra 6 nəfər həbs edilib.

SİA-nın məlumatına görə, bu barədə Şərqi Flandriya Respublika Prokurorluğuna istinadla xəbər verir.

Saxlanılan kişilər 30-50 yaş arasındadır, onlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Onların hamısı həbs olunub və istintaq hakimi onları həbsdə saxlamağa qərar verib.

Gizli fabrik Dendermonde ətrafı, Qrembergendəki Zeelsebaan küçəsində yerləşirdi. O, alınan siqnaldan sonra aşkar edilib. Axtarış zamanı polis “lazımi avadanlıq və yaşayış yerləri” aşkar edib. Respublika Prokurorluğunun məlumatına görə, aşkar edilmiş sübutlar “qeyri-qanuni ticarət və məcburi əməyin tətbiqi ilə məşğul olan peşəkar şəbəkənin” mövcudluğuna dəlalət edir.

Əlaqəli Xəbərlər