Putin Rusiya Kosmik Qüvvələri tərifləyib…



“Kosmosdan gələn təhdidlərlə” mübarizəyə görə…



…Prezident Vladimir Putin Rusiya Kosmik Qüvvələri Günü münasibətilə müraciətində bu bölmənin əsgər və zabitlərinə ölkəni Yerə yaxın kosmosda düşmənlərdən müdafiə etdiklərinə görə minnətdarlığını bildirib.

…Kosmik Qüvvələrin şəxsi heyəti öz sələflərinin şərəfli ənənələrini diqqətlə qoruyur və inkişaf etdirir. Sizin əsas vəzifələriniz arasında hərbi və ikili təyinatlı peyk bürclərini idarə etmək, Rusiyaya kosmosdan gələn təhdidləri müəyyən etmək, eləcə də lazım gəldikdə onlara effektiv mübarizə aparmaq daxildir.

SİA xəbər verir ki, bu Kremlin saytında dərc olunan təbrikdə deyilir.

Rusiyalı prezidentin sözlərinə görə, ötən illər ərzində rusiyalı mütəxəssislər, o cümlədən hərbi qulluqçular müasir kosmodromların, tədqiqat mərkəzlərinin və “güclü, rəqabətqabiliyyətli kosmik sistemlərin” tikintisi də daxil olmaqla “innovativ, həqiqətən də sıçrayışlı layihələr” yaradıblar.

Rus saytlarının yazdığına görə, Putinin bəyanatı Qərb ölkələrinin Moskvanın kosmik sektorda təxribat və casusluqda müntəzəm ittihamları fonunda səslənir.

Qeyd edək ki, ötən həftə Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın Almaniya ordusunun istifadə etdiyi iki Intelsat peykini izlədiyini açıqlamışdı.

Onun sözlərinə görə, Rusiyaya məxsus iki “Luç-Olympus” kəşfiyyat peyki müşahidə aparır.

Pistorius Moskva və Pekinin artıq kosmik döyüş imkanlarına malik olduğunu və orada strateji mövqelər tutduqlarını da vurğulayıb.

…Onlar peykləri tıxanmağa, kor etməyə, manipulyasiya etməyə və hətta kinetik cəhətdən sıradan çıxarmağa qadirdir, – deyə alman nazir bildirib.

Bir gün əvvəl Böyük Britaniya Kosmik Komandanlığının rəhbəri Pol Tedman bildirmişdi ki, Rusiya Böyük Britaniyanın hərbi peyklərini izləyir və yerüstü sistemlərdən istifadə etməklə onların əməliyyatlarına müntəzəm müdaxilə etməyə çalışır.

Əli Babayev

Əlaqəli Xəbərlər