Romada təhlükəsizlik tədbirləri gücləndirilib


HƏMAS-ın İsrailə hücumunun ildönümü ərəfəsində İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Romanın yəhudi gettosunda, eləcə də İsrail və yəhudi mədəniyyəti ilə bağlı digər həssas bölgələrin ətrafında təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılıb. Polis hazırda həmin ərazilərdə təhlükəsizliyi maksimum təmin etmək üçün xidmət aparır.

Təhlükəsizlik qüvvələri xəbərdarlıq səviyyəsinin yüksəldildiyini, sayıqlığın artırıldığını, ehtiyac yaranacağı təqdirdə, tədbirlərin daha da gücləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Romanın yəhudi gettosu Qərb dünyasının ən qədimi hesab olunur.

Əlaqəli Xəbərlər