Bu, terror aktı idi


Oktyabrın 4-də müxalifətin dinc aksiya pərdəsi altında Gürcüstan Prezidenti İqamətgahına hücum etməsi terror aktı idi. SİA xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili özünün “X” hesabında bildirib.

“Təəssüflər olsun ki, radikal müxalifətin heç bir xarici himayədarı hələ də bu terror hücumunu pisləməyib, – o qeyd edib.

Onun sözlərinə görə, siyasi radikalizm terrora gətirib çıxarır: “Biz bu həqiqətin təsdiqini ötən şənbə günü zorakı kütlənin Tbilisidə Prezident Sarayına basqın etməsində gördük. Prezident Sarayına hücum Gürcüstan tarixində ilk dəfə baş verib. Xarici rəsmi şəxslərin aylardır əks prezident Salome Zurabişvilin Gürcüstanın “legitim” prezidenti imicini möhkəmləndirməyə çalışır. Təbii ki, belə olan halda qiyamçılar da Zurabişvilini Prezident Sarayına gətirməli və bununla da “inqilab”a başlamalı idilər”.

Əlaqəli Xəbərlər