“2018‑2025-ci illər arasında həyata keçirilmiş sosial islahatlar proqramı çərçivəsində sosial sahədə mühüm addımlar atılıb. Bu dövrdə minlərlə vətəndaşa yardım göstərilib, sosial təminat sistemində islahatlar aparılıb. Minimum əməkhaqqı, pensiya və digər sosial göstəricilər artırılıb”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin beynəlxalq mövqeyini gücləndirib: “Silahlı Qüvvələrin Baş Komandanı olaraq, Qarabağın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində uğurlu addımlar atılıb. Azərbaycan beynəlxalq hüquq normalarını tətbiq edərək öz ərazilərini geri qaytarıb. Bu gün Vaşinqtonda – 8 avqust tarixində – ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş bu prosesin yeni mərhələsidir. Bu görüşlər tarixi əhəmiyyətə malikdir və regionda sabitliyə, sülhə xidmət edəcəkdir. Mən, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olaraq, bu layihələrin uğurla həyata keçməsini arzulayıram. Azərbaycanın gələcəyi elə indi formalaşır və ölkəmizdə sabit inkişaf üçün çalışmaq bizim əsas vəzifəmizdir.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xalqlarımız arasında qarşılıqlı etimad, inkişaf və əməkdaşlığı təşviq etməyə yönəlmişdir. Bu təşkilat müxtəlif sahələrdə ortaq problemlərin həlli və təcrübə mübadiləsi üçün vacib tribuna rolunu oynayır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial siyasət prioritet sahələrdən biridir. Sülh və vətəndaş rifahı, sosial problemlərin həlli dövlətin diqqət mərkəzindədir. Xüsusilə şəhid ailələri, Qarabağ müharibəsi veteranları və onların ailələri daim dövlətin qayğısı altındadır. Dövlət onlara mənzillər, kompensasiyalar və sosial dəstək proqramları təqdim edir”.