Müşavirə və hökumət tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Düşünürəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda və digər dövlətlərdə də oxşar strategiyalar qəbul olunmaqdadır. Bu da təsadüfi deyil. Bu sözləri SİA-nın verdiyi məlumata görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasının açılışı nitqi zamanı millət vəkili Musa Quliyev deyib.
O, bildirib ki, bizim bugünkü iclasımızın da bu mövzuya həsr olunması heç də təsadüf deyil: “Komitəmiz, 23–25 noyabr 2025-ci il tarixlərində Sofiyada keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 66-cı Baş Assambleyasına təqdim ediləcək yekun sənədləri və müvafiq tövsiyə qərarlarını qəbul edəcəkdir. Hər birinizə səmərəli və faydalı müzakirələr arzu edirəm”.