QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 66-cı iclası Albaniyada keçiriləcək


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin növbəti iclasının keçiriləcəyi yer və tarix açıqlanıb. SİA-nın verdiyi məlumata görə, bununla bağlı komitənin oktyabrın 7-də Milli Məclisdə keçirilən 65-ci iclasında qərar qəbul edilib.

Qərara əsasən, QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 66-cı iclası gələn ilin mart ayında Albaniyada keçiriləcək.

Əlaqəli Xəbərlər