QDİƏT-in növbəti komitə iclası Albaniyada keçiriləcək


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 66-cı iclası Albaniyada keçiriləcək. SİA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasındakı çıxışında deyib.

O bildirib ki, komitənin növbəti iclası 2026-cı ilin mart ayında təşkil olunacaq.

Əlaqəli Xəbərlər