Sadə, yoxsa dəbdəbəli toy? – PAYTAXT SAKİNLƏRİ DANIŞDI


Toylar Azərbaycan cəmiyyətində hər zaman xüsusi yer tutub. Ənənələrimizdə toy yalnız iki gəncin birləşməsi deyil, həm də ailələrin, dostların, qohumların bir araya gəldiyi böyük bir bayram hesab olunur. Lakin son illərdə müşahidə olunur ki, bəzi hallarda bu şad gün israfçılıq, artıq bəzək-düzək və borclanma ilə müşayiət olunur. Bəzi ailələr “təmtəraqlı olsun” deyə, imkanlarından artıq xərcləyir, nəticədə toy sevincindən çox maddi yükə çevrilir. Mövzu ilə bağlı SİA-nın əməkdaşı şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Zülfiyyə Namazova: “Fikrimcə, toyun təmtəraqlı olması ailənin xoşbəxtliyinə heç bir təsir göstərmir. Əsas olan iki gəncin bir-birini sevməsi və sağlam ailə qurmasıdır. Xaricdə insanlar sadəcə yaxın dost və ailə üzvləri ilə kiçik mərasim edirlər, amma bizdə sanki bu yarışa çevrilib. Hər kəs “kim nə deyər” düşüncəsi ilə hərəkət edir. Halbuki bu qədər xərcləməkdənsə, o pulu gənclərə ev və ya iş qurmaq üçün vermək daha məqsədəuyğundur. Məncə, artıq sadəlik dəbdə olmalıdır”.

Şəhər sakini Əvəz Əmirli: “Toylarda olduğum zaman açığı deyim, bəzən elə mənzərələr görürəm ki, insanın içi yanır. Masalar dolu, amma çox yeməyə toxunan belə olmur. Sonda o qədər qida qalır ki, hamısı atılır. Bu, sadəcə israfçılıq deyil, həm də hörmətsizlikdir – həm ruziyə, həm də o pulu qazanmaq üçün zəhmət çəkən insanlara qarşı. Toy bir sevinc günüdür, amma biz onu yarışa çevirmişik. Kim daha bahalı restoran tutacaq, kim daha çox bəzək edəcək – hamı bu yarışdadır. Məncə, səmimiyyət itdikcə toyun mənası da itir. Ən gözəl toy o toydur ki, insanlar səmimi sevinir, gənclər xoşbəxt olur, yoxsa kiminsə gözü doymaq üçün yox”.

Şəhər sakini Vahid Qurbanlı: “Mənim fikrimcə, toylarımızda israfçılıq artıq həddini aşıb. Bəzən elə olur ki, bir ailə illərlə yığdığı pulu bir günə xərcləyir, sonra da borc içində qalır. Amma bunun nəyə gərək olduğunu heç kim düşünmür. Toyda verilən yeməyin, içkilərin yarısı toxunulmadan qalır, dekorasiyalar üçün isə minlərlə manat gedir. Halbuki o qədər sadə və mənalı şəkildə də ailə qurmaq mümkündür. Biz çox vaxt elə bilirik ki, təmtəraqlı toy xoşbəxtliyin göstəricisidir, amma əslində sadə və səmimi toy daha dəyərlidir. İnsanlar artıq başa düşməlidirlər ki, toydan sonra əsas məsələ bir-birini başa düşmək, ailə qurmaqdır, yoxsa bir günlük təəssürat yaratmaq üçün yox”.

Şəhər sakini Arifə Həşimova: “Mənim fikrimcə, toyun təmtəraqlı olması ailənin xoşbəxtliyinə heç bir təsir göstərmir. Əsas olan iki gəncin bir-birini sevməsi və sağlam ailə qurmasıdır. Xaricdə insanlar sadəcə yaxın dost və ailə üzvləri ilə kiçik mərasim edirlər, amma bizdə sanki bu yarışa çevrilib. Hər kəs ‘kim nə deyər’ düşüncəsi ilə hərəkət edir. Halbuki bu qədər xərcləməkdənsə, o pulu gənclərə ev və ya iş qurmaq üçün vermək daha məqsədəuyğundur. Məncə, artıq sadəlik dəbdə olmalıdır”.

Şəhər sakini Nəcməddin Məmmədov: “Məncə, problem təkcə israfçılıqda deyil, həm də cəmiyyətin yaratdığı sosial təzyiqdədir. Gənclər çox vaxt öz istəklərinə görə yox, ‘xalq nə deyər’ düşüncəsinə görə hərəkət edirlər. Toy sadə olsa, dərhal söz-söhbət olur: ‘filankəsin toyu zəif idi’, ‘filan şey yox idi’ və s. Bu da insanları təmtəraqlı toy etməyə məcbur edir. Amma nəticədə nə olur? Borc, stress, yorğunluq… Halbuki toyun mahiyyəti sevgi və xoşbəxtliyin paylaşılmasıdır. Xaricdə insanlar rahat, azsaylı qonaqlarla toy edirlər, amma bizdə bəzən toyun özündən çox danışırlar. Mən istərdim ki, gələcəkdə bu düşüncə dəyişsin və insanlar səmimiyyətə, yoxsa görüntüyə önəm versinlər”.

Şəhər sakini Elşən Ağayev: “Bu mövzu mənim üçün çox aktualdır, çünki mən də yaxın aylarda evlənəcəm. Toya hazırlaşanda görürsən ki, hər şeyin qiyməti çox bahadır. Zal, musiqi, bəzək, yeməklər — hamısı əlavə xərcdir. Amma bir tərəfdən də ailə və qohumlar ‘belə toy olmalıdır, camaat nə deyər?’ düşüncəsilə insanı bir növ təzyiq altında saxlayır. Açığı, mən özüm daha sadə və səmimi toy istərdim. Çünki toy bir gün olur, amma ailə həyatı ömürlükdür. Bizdə çox vaxt insanlar borc alıb toy edir, sonra aylarla, illərlə onu qaytarmaqla məşğul olurlar. Məncə, əsas olan təmtəraq yox, sevgi və ailədir. Xaricdəki kimi sadə toy edib, o pulu gələcəyə sərf etmək daha ağıllı qərardır”.

Əlaqəli Xəbərlər