Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani çərşənbə günü Qəzza münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə yola düşəcək. SİA xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Macid bin Mühəmməd əl-Ənsari bildirib. “Zati-aliləri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani çərşənbə günü Şarm əl-Şeyxə gedəcək ki, Qəzza zolağı ilə bağlı tərəflər arasında davam edən danışıqlara qoşulsun. Bu danışıqlar daimi atəşkəsin əldə olunması istiqamətində güclənən regional və beynəlxalq səylər fonunda keçirilir”, – o deyib.