ABŞ neftin qiyməti üzrə proqnozunu artırıb


ABŞ Energetika Nazirliyi 2025-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 67,8 ABŞ dollarından 68,64 dollaradək artırıb. SİA-nın ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 65 dollar (öncəki proqnoz – 64,16 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 52,16 dollar (öncəki proqnoz – 51,43 dollar), WTI-nın isə 48,5 dollar (öncəki proqnoz – 47,77 dollar) olacaq.

Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib.

Əlaqəli Xəbərlər