“Bakıda keçirilən Qlobal forum siyasi mənada Azərbaycan üçün əlverişli platforma kimi dəyərlidir. Belə ki, Forumun açılışında çıxış edən Prezident İlham Əliyev Qafqazda mövcud olan siyasi vəziyyət və eləcə də prespektiv siyasi proseslər haqqında ətraflı məlumat verib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə tam şəkildə razılıqların əldə edilməsi təmin olunub. Bəzi texniki məsələlər ətrafında isə müzakirələrin davam etdirilməsinə ehtiyac var: “Azərbaycan bölgədə enerji təminatçısı rolunda həm ənənəvi, həm də alternativ bərpa olunan enerji mənbələri üzərindən enerji diplomatiyasını davam etdirməkdə israrlı olduğunu ortaya qoyur. Bu məslədə hər bir iştirakçı ola biləcək dövlətlərə imkanlar eyni məzmunda təklif olunur. Bu Azərbaycanın enerji diplomatiyasındakı etibarlı tərəfdaş olmasınım bariz nümunəsidir. Lakin, bütün qeyd olunanlara baxmayarq bu gün Azərbaycanın bölgədəki sülh naminə siyasəti və Qafqazda inkişafa və əməkdaşlığa əsaslanan təklifləri bir sıra dövlətlər və siyasi dairələr tərəfindən qara PR kompaniyasına məruz qalır. İlk növbədə ABŞ Dövlət departamenti və onun nəzarətində olan mətbuat orqanları Azərbaycana qarşı total olaraq hücuma keçdilər. COP 29 ərəfəsində hətta Azərbaycanı “petrostate” də adlandırdılar. Azərbaycana qarşı ənənəvi demokratiya prizmasından hücuma keçdilər. Keçmiş ABŞ höküməti son 30 il ərzində qurulmuş münasibətləri tamamilə alt üst etdi. Bu gün də, Ermənistan həmin kabinetin həyata keçirdiyi siyasətdən faydalanmağa çalışır. Buna dəstək verən ikinci əsas dövlətlərdğn biri də Fransadır. II Qarabağ müharibəsindən sonra Fransa siyasi ezteblişmenti tamamilə Azərbaycana qarşı siyasi kurs götürdü. Bütün diplomatik münasibətlərin üstündən xətt çəkən Fransa birmənalı şəkildə tərəf keşlik nümayiş etdirərək Ermənistanın silahlandırılmasını təmin edir və hətta bu işə Hindistanı da cəlb edib. Bütün bu cəhdlər Qafqazda uzunmüddətli sülhə yönəlmiş siyasətə müəyyən dərəcədə təsir edir. Lakin, Azərbaycanın bu istiqamətdəki uğurları və iri sipiallığı son anda həmin dairələrin ümidlərini puç edir.
30 il ərzində BMT 4 qətnaməsi kağız üzərində qaldığı şəraitdə Azərbaycan 44 gün ərzində bunu real olaraq icra etdi və bölgədə separatizmə son qoydu. Müharibədən dərhal sonra bölgədə yeni müxtəlif vektorlu əməkdaşlıq platformaları təklif olundu. Çox təəsüf ki, adları qeyd olunan dövlətlərə və xüsusilə Qafqazda sülhə qarşı yönəlmiş mərkəzlər hələ də bu istiqamətdə işlərini davam etdirilər. Qeyd olunan faktlara baxamayarq, bu gün sülh sazişinin əldə olunması istiqamətində ciddi addımlar atılıb və müəyyən nəticələr əldə olunub. Bu nəticələrin qorunub saxlanılması üçün Azərbaycan öz ciddi səylərini davam etdirəcək və bu istiqamətdə həm region, həm də regiondan kənarda yerləşən loyal qüvvələrlə bunu birlikdə davam etdirə bilər. Hazırda dünyada baş verən siyasi proseslər dünyanın siyasi xəritəsinin yenidən şəkilləndirilməsini deməyə imkan verir. Bu dəyişikliklərdə Qafqaz və xüsusilə Azərbaycan özünün gücü, coğrafi mövqeyi və təbii resursları ilə aparıcə mövqeyə malikdir.
Hesab etmək olar ki, bu faktorları nəzərə alan və real olaraq Azərbaycanın mövqeyini təsdiqləyən subyektlər bu istiqamətdə Azərbaycanala əməkdaşlığı davam etdirə biləcəklər.