Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, Ərdoğanı ABŞ-yə səfəri zamanı Türkiyənin maliyyə naziri Mehmet Şimşek müşayiət edəcək.
Xatırladaq ki, Ərdoğan və Tramp arasında martın 16-sı telefon danışığı baş tutub.