Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub


Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

“Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Əlaqəli Xəbərlər