Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsinə verdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib. SİA xəbər verir ki, Papuaşvili Azərbaycan Prezidentinin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda səsləndirdiyi fikirləri Gürcüstan-Azərbaycan dostluğunun təzahürü adlandırıb.
“Bu, bizim dostlarımızla əlaqələrimizin nümunəsidir və eyni zamanda, başqalarından gözlədiyimiz, dəyər verdiyimiz dostluq münasibətidir. Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın əsasında da məhz bu prinsiplər dayanır. Bu, ilk dəfə deyil, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən isə xalqlarımızın mənafeyi naminə qarşılıqlı ehtiram nümayiş etdiririk”, – deyə Papuaşvili vurğulayıb.