Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

[ad_1] Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Sadiq Qurbanov yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər diləyib. O, iclasın gündəliyinə 5 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb. Komitə sədri, əvvəlcə, gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə…

Daha çox

Ən çox hansı mövzuda film və seriallara ehtiyac var?

[ad_1] Film və seriallar cəmiyyətin maraq göstərdiyi və ən sevdiyi sahələrdən biridir. Hər il müxtəlif mövzularda filmlər və seriallar səhnəyə qoyulur. Sosial şəbəkələrdə də bu sahəyə maraq böyükdür. Bəs vətəndaşlar ən çox hansı mövzuda film və seriallara üstünlük verir? SİA bu barədə vətəndaşların fikirlərini öyrənib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova: “Son zamanlar televiziyada gedən bəzi film və seriallar məni qane etmir. Yaxşı olar ki tərbiyəedici, bizim mentalitetimizə uyğun mövzularda ailələrin qorunması ilə bağlı film və seriallar çəkilsin. Şou-biznesdən çox bu mövzulara üstünlük verilsə daha yaxşı…

Daha çox

Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

[ad_1] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib. SİA agentliyə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Məlumata görə, müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. https://youtu.be/2d7LBNC7SHE [ad_2]

Daha çox

Hesablama Palatası Bərpa, Tikinti və İdarəetmə Xidmətində nöqsanlar aşkar edib

[ad_1] Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrini 147 min manat artırıb. “Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış…

Daha çox

Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

[ad_1] Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Komissiyanın həmsədri, müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistanda rəsmi səfərdədir. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya bildirilib ki, səfər çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari müdafiə sənayesi naziri V.Mustafayev ilə görüşüb. Görüşdə Komissiyanın üzvləri – xarici işlər nazirinin müavini Elnur Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Kamal Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak ediblər. Pakistanın prezidenti Azərbaycan nümayəndə heyətini Pakistanda salamlamaqdan…

Daha çox

“Ermitaj” muzeyi təxliyə edildi

[ad_1] Sankt-Peterburqda yerləşən “Ermitaj” muzeyi təxliyə olunub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, muzeyə gələn ziyarətçilər və işçilər evakuasiya edilib. Buna səbəb isə muzeyə ziyarətçilərin təhlükədə olması barədə məlumatın daxil olması olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları binanı yoxlayır. Qeyd edək ki, evakuasiya səbəbindən muzeyi gəzə bilməyən qonaqlar sabah eyni biletlərdən istifadə edə biləcəklər. [ad_2]

Daha çox

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə tərəfdaşlıq məsələlərini müzakirə edib

[ad_1] Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb. Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb. Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. [ad_2]

Daha çox

Hesablama Palatası nöqsanlar aşkar edib

[ad_1] Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Agentliyin Tovuz, Bәrdә, Lәnkәran vә Xaçmaz şәhәrlәrindә inzibati binalarının tikintisi başa çatsa da, onlar istismara qәbul edilmәyib. Azərbaycana qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi üçün ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız birində – Qazax rayonundakı “Qırmızı Körpü”də nәzarәt-keçid mәntәqәsi tikilib. Bu isə qida tәhlükәsizliyi istiqamәtindә operativ tәdbirlәr görməyə imkan vermir. Agentlik Dövlәt Proqramının tәlәbinә uyğun olaraq…

Daha çox

Bahar Muradova Kürdəmirdə vətəndaşları qəbul edib

[ad_1] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kürdəmirdə vətəndaşları qəbul edib. SİA xəbər verir ki, görüşdə Kürdəmir, Zərdab və Ucar rayon sakinlərinin müraciətlərinə baxılıb. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, pozulmuş hüquqların bərpası, sosial yardım, uşaqla ünsiyyət, sağlamlıq və müalicə, ailə münaqişəsi, boşanmadan sonra yaranan problemlər və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. [ad_2]

Daha çox