Əlcəzair strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib

[ad_1] Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ərəb dünyasında sülh və təhlükəsizliyi gücləndirmək üçün Ərəb Dövlətləri Liqası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında strateji tərəfdaşlıq əlaqələri qurmağa çağırıb. SİA xəbər verir ki, iki təşkilat arasında əməkdaşlığa həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasına sədrliyi zamanı Attaf regional sabitliyin əsaslarını dəstəkləmək üçün məqsədli və səmərəli tərəfdaşlığın zəruriliyini vurğulayıb. O, Fələstin probleminin ədalətli və yekun həlli, ərəb ölkələrinin işlərinə kənar müdaxilələrin dayandırılması və ərəb dünyasını sarsıdan böhranların həllinə yönəlmiş siyasi proseslərin canlandırılması da daxil olmaqla, bir sıra əməkdaşlıq sahələrini müzakirə edib. Nazir, həmçinin…

Daha çox

Həssas əhali qruplarından olan şəxslərə hansı xidmətlər göstərilir?

[ad_1] Bildiririk ki, ölkəmizdə həssas əhali qruplardan olan şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm addımlar atılır. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial reabilitasiyası istiqamətində davamlı olaraq sosial layihələr icra edilir, həmçinin cəmiyyətin bərabərhüquqlu üzvləri kimi yaşamaları üçün tədbirlər görülür. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin SİA-ya verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq bu kateqoriyadan olan şəxslərə sosial xidmətlərin göstərilməsi davam etdirilir. Agentlik tərəfindən sosial xidmətə ehtiyacı olan bütün…

Daha çox

XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb

[ad_1] Yanvarın 23-24-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasında səfərdə olub. Xarici İşlər Nazirliyindən SİA-ya bildirilib ki, yanvarın 23-də İslamabadda Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər. Məsləhətləşmələr zamanı siyasət, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm sektorlarında və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə…

Daha çox

Röya yeni mahnısını təqdim etdi

[ad_1] Pop kraliça Röya Ayxan “Sevgin yaşayır” adlı yeni sinqlını təqdim edib. SİA xəbər verir ki, mahnının sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Ağaya məxsusdur. Bəstənin aranjimanı və miksi üzərində Caner Tepecik, masterinqi üzərində isə Çağlar Türkmen çalışıb. “Sevgin yaşayır” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. [ad_2]

Daha çox

AZAL təyyarəsində həlak olan qazaxların ailələrinə veriləcək məbləğ AÇIQLANDI

[ad_1] Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə 5 milyon təngə (təxminən 16 min manat) veriləcək. SİA xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. O bildirib ki, həmin ailələrə sosial yardımlar göstərilib və lazım məbləğlər verilib. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar…

Daha çox

Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

[ad_1] Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib. Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb. Bir sıra məruzələr dinlənilib. Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı bəstəkar 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir. [ad_2]

Daha çox

Türkiyənin turizm cənnəti Fəthiyə

[ad_1] Türkiyənin bütün bölgələri ilin bütün fəsillərində turizm üçün əlverişlidir. SİA xəbər verir ki, maraqlıdır ki, son illər Ümumdünya Turizm Təşkilatı da Türkiyənin turizm üçün ən gözəl və münbit şərait olduğunu açıq etiraf edir. Pandemiyadan sonra turizmin yüksək səviyyədə artım tempinin əsas səbəbi isə turistlərin üçün yaradılan şəraitdən irəli gəlir. Həmçinin türk mətbəxinin gözəlliyi və tarixi abidələrin çoxluğu, çimərliklərin çoxluğu Avropa ölkələrinin, həmçinin Rusiya, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən turistlərin axınına səbəb olub. Türkiyənin ən gözəl bölgələrindən biri olan Fəthiyə haqqında bu yazımızda oxucularımızı tanış edəcəyik. Fəthiyə Türkiyə Muğla əyalətinin 13…

Daha çox

Yanvar çağırışının gedişatı müzakirə olunub

[ad_1] Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXDX) aparatında Mərkəzi Çağırış Komissiyasının müddətli həqiqi hərbi xidmətə yanvar çağırışının gedişatı ilə bağlı iclası keçirilib. Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, SHXDX-nin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub. Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə…

Daha çox

Moskva və dörd bölgə güclü pilotsuz təyyarə hücumu altında…

[ad_1] İlin əvvəlindən bəri ən kütləvi basqının yeni təfərrüatları… …Partlayış səsləri Moskva yaxınlığında, eləcə də Rusiya Federasiyasının Kursk, Bryansk, Belqorod və Ryazan vilayətlərində eşidilir. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Glavred” məlumat yayıb. Cümə günü, yanvarın 24-nə keçən gecə Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb. Moskvanın üç hava limanı fəaliyyətini dayandırıb. Bu barədə Sobyanin Telegram-da yazıb. …Müdafiə Nazirliyinin Kolomna şəhər rayonunda və Ramenskoye şəhər dairəsində. Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan pilotsuz təyyarələrin hücumunu dəf edib.…

Daha çox