[ad_1] …Təxminən bir trilyon ton ağırlığında olan dünyanın ən böyük aysberqi A23a Britaniyanın Cənubi Corciya adasına yaxınlaşaraq yerli ekosistem və dənizçilər üçün təhlükə yaradır. Nyu-Yorkdan təxminən üç dəfə böyük olan aysberq adaya dəydikdə parçalana bilər və pinqvinlərin və suitilərin qidaya çıxışını təhlükə altına qoya bilər. Dənizçilər artıq ehtiyat tədbirləri görürlər: Cənubi Corciya hökumət gəmisinin kapitanı Saymon Uollesin sözlərinə görə, buz kütlələri ilə toqquşmanın qarşısını almaq üçün projektorlar bütün gecəni yandırılır. SİA-nın məlumatına görə, aysberqin hekayəsi 1986-cı ildə Antarktidadakı Filçner buzlaqından qopduğu zaman başlayır. Uzun müddət A23a stasionar, yəni sahil yaxınlığında…
Daha çoxAuthor: Qafqaz Xəbər
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
[ad_1] İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradıb və elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınmasına başlayıb. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, DVX-nın rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni…
Daha çoxİslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçirilib
[ad_1] İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclası keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov yanvarın 23-24-də Pakistanda səfərdə olub. İslamabad şəhərində yanvarın 23-də Azərbaycan ilə Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə Elnur Məmmədov, Pakistan tərəfinə isə xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək…
Daha çoxAzərbaycan “TotalEnergies” ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
[ad_1] Azərbaycan Fransanın “TotalEnergies” şirkəti ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “ O bildirib ki, Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər: “Yaşıl enerji”, karbonsuzlaşma, innovativ texnologiyaların tətbiqi, enerji saxlanc sistemləri, icra edilən layihələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq”. [ad_2]
Daha çoxÖzünüməşğulluq proqramına cəlb olunanların illik sayı artıb
[ad_1] Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin kiçik biznesə yiyələnməsinə imkan yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin proqrama cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyə yaxın artaraq 17,3 mini ötüb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ötən dövrdə özünüməşğulluq proqramına 96 mindən çox işsiz və işaxtaran şəxs cəlb olunub. Proqram iştirakçıları üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.…
Daha çoxAzərbaycanda Mükəmməllik Mərkəzi təsis olunacaq
[ad_1] İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və İsrailin “Israel Aerospace Industries” (IAI) korporasiyası arasında innovasiya sahəsində iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Agentlikdən SİA-ya bildirilib ki, memorandum ölkəmizdə innovasiya və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Mükəmməllik Mərkəzinin təsis edilməsi, təlim proqramlarının keçirilməsi, insan kapitalının inkişafı və digər mühüm təşəbbüsləri əhatə edir. Memorandumun əhəmiyyətinə toxunan İRİA-nın sədri Fərid Osmanov bildirib ki, qurum israilli texnologiya şirkəti ilə innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsində qərarlıdır. “Biz İsrailin akademik və texnoloji təşkilatları ilə əməkdaşlıq edərək onların qabaqcıl təcrübəsini Azərbaycana gətirmək…
Daha çox“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
[ad_1] Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, imzalanan Anlaşma Memorandumu “ASAN Xidmət” və iki universitet arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” sənəddir. Anlaşma Memorandumunu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Naxçıvan Dövlət Universitetinin Elbrus İsayev imzalayıblar. Qeyd edək ki, BP şirkəti və Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6…
Daha çoxBakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək
[ad_1] BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasının iyunun 4-6-da Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, müqavilə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili arasında Təşkilatın Madriddəki Baş qərargahında keçirilən görüş zamanı təsdiqlənib. Görüşdə Azərbaycanın 2025-2029-cu illər üzrə BMT Turizmin İcraiyyə Şurasına üzvlüyə namizədliyi irəli sürülüb, COP29 çərçivəsində “Turizm günü” ilə bağlı ölkəmizin qoşulduğu Qlazqo Bəyannaməsi üzrə birgə fəaliyyət planları müzakirə…
Daha çoxŞənbə gününün hava proqnozu açıqlanıb
[ad_1] Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq…
Daha çoxYubiley medalı əcnəbilərə də verilə bilər
[ad_1] “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif edilə bilər. SİA-nın məlumatına görə, bu barədə yubiley medalı haqqında Əsasnamədə qeyd olunub. Əsasnamənin birinci maddəsində deyilir: “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər. [ad_2]
Daha çox