[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostini təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım General-Qubernator. Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
30 terrorçu məhv edilib
[ad_1] Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində keçirilən üç ayrı əməliyyatda azı 30 terrorçu məhv edilib. SİA xəbər verir ki, bu barədə Pakistan Ordusunun məlumatında deyilir. Məlumata görə, Lakki Marvat ərazisində keçirilən əməliyyat zamanı 18 terrorçu öldürülüb, 6-sı yaralanıb. Karak rayonunda daha 8 terrorçu məhv edilib. Üçüncü toqquşma zamanı qrup liderləri də daxil olmaqla 4 terrorçu öldürülüb, daha ikisi isə yaralanıb. Terrorçuların özək təşkilatlarına qarşı mübarizə çərçivəsində çoxlu silah və sursat anbarı aşkarlanıb. Hərbçilər ərazinin təmizlənməsi əməliyyatını davam etdirir. [ad_2]
Daha çoxKanada suveren dövlət ola bilməz
[ad_1] Kanada tamamilə ABŞ-dən asılıdır və buna görə də suveren dövlət ola bilməz. SİA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat xidmətinin jurnalistləri ilə söhbətində bildirib. Onun sözlərinə görə, ABŞ hər il Kanadada 250 milyard dollar itirir. “Mən bunu bir gündə dayandıra bilərdim və Kanada (müstəqil – red) ölkə kimi mövcud olmazdı”, – Tramp deyib. Tramp iddia edib ki, Kanada ABŞ-dən illər boyu öz xeyrinə istifadə edib. “Biz bunun baş verməsinə imkan verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də mövcud olmaz”, – ABŞ Prezidenti əlavə edib.…
Daha çoxAvropa İttifaqına çağırış edildi
[ad_1] “Diplomatiya rəhbəri Kaja Kallas tərəfindən təmsil olunan Avropa İttifaqının Rusiya ilə bağlı gücünü ağıllı şəkildə qiymətləndirməyə başlamasının vaxtı çatıb”. SİA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Davis özünün “YouTube” kanalında bildirib. O, Kallasın “Rusiya haqqında hər kəs realist olmalıdır” sözlərini belə şərh edib, çünki bu, Qərb üçün təhlükə yaradır. “O deyir ki, biz realist olmalıyıq. Burada dayanın, bunu etmək lazımdır, realist olmaq lazımdır. Burada dahi olmağa ehtiyac yoxdur”, – Davis deyib. Onun fikrincə, başa düşülməsi çətin olmayan bir sıra məqamlar var: “Bunlardan birincisi Ukraynada…
Daha çoxDağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb
[ad_1] Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb. [ad_2]
Daha çoxBoluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxıldı
[ad_1] Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır. Qeyd edək ki, yanvarın 21-də baş verən yanğın zamanı müəssisədə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə birgünlük matəm elan edilib. Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil…
Daha çoxBelarusda prezident seçkiləri başlayıb
[ad_1] Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb. SİA-nın xəbərinə görə, bu barədə respublika Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq. Seçici siyahılarına daxil edilmiş seçicilərin yarıdan çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 21-dən 25-dək keçirilən erkən səsvermədə seçicilərin…
Daha çoxBeynin özünübərpa potensialının xəritəsi tərtib edilib
[ad_1] Cənubi Danimarka Universitetinin (SDU) Molekulyar Təbabət Departamentində aparılan yeni araşdırma insult nəticəsində yaranan sinir toxumalarının zədələnməsi və bunun daimi pozuntulara səbəb olmasına işıq tutur. Danimarka Beyin Bankının nadir toxuma nümunələrindən istifadə edilərək aparılan və “The Journal of Pathology” jurnalında dərc edilən bu tədqiqat, beynin özünübərpa prosesinə dəstək olacaq yeni müalicə üsullarının inkişafına təkan verə bilər. SİA “MedicalXpress” saytına istinadla xəbər verir ki, insult zamanı beynin bir hissəsinə qan axınının kəsilməsi nəticəsində baş verən zədələnmə zamanı beyin sinir liflərini bərpa etmək üçün “miyelin” adlı qoruyucu təbəqəni bərpa etməyə çalışır. Lakin…
Daha çox5,2 maqnitudalı zəlzələ bu ölkəni silkələdi
[ad_1] Tayvanda 5,2 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 771 min əhalisi olan Taynan şəhərindən 42 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 2 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. [ad_2]
Daha çoxDaşaltı əməliyyatından 33 il ötür
[ad_1] Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 33 il ötür. SİA xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin…
Daha çox