Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat,Türkiyə lirəsi 0,0411 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0433 manata kimi bahalaşıb, avro isə 2,0017 manatadək ucuzlaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 2,0017 1 Avstraliya dolları AUD 1,1227 1 Belarus rublu BYN 0,565 1 Bolqarıstan levi BGN 1,0237 1 BƏƏ…

Daha çox

Putin onu vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin administrasiya rəhbərinin müavini Dmitri Kozakı vəzifəsindən azad edib. SİA xəbər verir ki, Rusiya liderinin bu haqda sərəncamı rəsmi hüquqi informasiya portalında dərc olunub. Qeyd edək ki, “Vedomosti” Kozakın avqustun sonunda istefa vermək planları barədə məlumat yaymışdı. Nəşrin mənbələri qeyd ediblər ki, məmur Rusiya liderinin ən yaxın müttəfiqlərindən biridir, ona görə də onun gedişi ilə bağlı qərarı Putin şəxsən verəcək.

Daha çox

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Yusif Səfərov küçəsi,…

Daha çox

Noyabrda Ciddədə beşinci Həcc konfransı və sərgisi keçiriləcək

Noyabrın 9-dan 12-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində beşinci Həcc konfransı və sərgisi keçiriləcək. SİA yerli mediaya istinadla xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizin himayəsi ilə “Məkkədən dünyaya” şüarı altında keçiriləcək tədbir çərçivəsində 80-dən çox iclas və 60 ixtisaslaşmış seminar planlaşdırılır. Tədbirlərdə diplomatik korpus nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların, zəvvar işləri üzrə fəaliyyət göstərən qurumların təmsilçilərinin, eləcə də 2400-dən artıq həcc təlimçisinin iştirakı gözlənilir. Bundan başqa, konfrans çərçivəsində “Həcc və İki Müqəddəs Ocağın tarixi forumu” adlı elmi-mədəni toplantı təşkil ediləcək. Forum həccin tarixi və mədəni…

Daha çox

Erməni separatizminə son qoyulan antiterror əməliyyatından iki il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür. SİA xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun…

Daha çox

ABŞ Çinə qarşı rüsumların tətbiqini yenidən təxirə sala bilər

ABŞ Çindən idxal edilən mallara tətbiq olunacaq rüsumların artırılmasını yenidən təxirə sala bilər. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, vurğulayıb ki, Vaşinqton və Pekin yekun razılaşmaya nail olmaq üçün kifayət qədər yaxınlaşıblar.

Daha çox

İrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib

İrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib. SİA xəbər verir ki, bu barədə İrlandiyanın müdafiə naziri Simon Harris “X” məlumat yayıb. Onun sözlərinə görə, yardım paketinə avtomobillər və minaların zərərsizləşdirilməsi üçün robotlar daxildir. “İrlandiyanın Ukraynaya dəstəyi sarsılmazdır. Bu gün Ukraynanın müdafiəsini dəstəkləmək və humanitar ehtiyaclarını qarşılamaq üçün 34 avtomobil və minaları zərərsizləşdirən 3 robot göndərdik”, – Harris bildirib.

Daha çox

Naxçıvan şəhərində “Suverenlik yürüşü” təşkil olunub

Sentyabrın 18-də Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik yürüşü” təşkil olunub. Naxçıvan Şəhər İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə baş tutan yürüş Əlahiddə Ümumqoşun Ordunun Hərbi Orkestrinin müşayəti ilə Zəfər Parkından başlayaraq, şəhərin mərkəzi meydanında yerləşən Heydər Əliyev Muzeyinin qarşısına qədər davam edib. Yürüşdə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantları, tələbələr, gənclər, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Yürüş iştirakçıları…

Daha çox

Ankarada Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi ehtiramla anılıb

Ankara Ticarət Palatasınını (ATO) binasında Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı tədbirə təşkilati dəstək ölkəmizin Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Türk Dünyası Parlamentarilər Fondu (TDPV) tərəfindən göstərilib. Müzakirələrdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, alimlər, ATO rəhbərliyi, Qarabağ müharibəsi veteranları, hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri iştirak ediblər. Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə dualar oxunub, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, xalqımız Qafqaz İslam Ordusunun…

Daha çox