Martın 14-də Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının və Ombusmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin tərəfdaşlığı ilə Masallı rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suveren Azərbaycanın Zəfər təntənəsi” adlı konfrans keçirilib. Konfransda Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı rayon təşkilatının, Masallı rayonu üzrə gənclər və idman sektorunun, təhsil sektorunun əməkdaşları, müharibə iştirakçıları, qazilər, gənclər və idmançılar iştirak edib. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb və Vətən uğrunda canlarını fəda…
Daha çoxAuthor: Qafqaz Xəbər
Tramp Ukraynalı döyüşçülərə aman verməyi xahiş edib…
Kursk vilayətində çoxsaylı hərbi cinayətlər törətmiş ukraynalı yaraqlılar üçün gözlənilməz şəfaət. ABŞ prezidenti Donald Tramp, “Sudja yaxınlığında tamamilə mühasirəyə alınmış və həssas vəziyyətdə olan Ukrayna Silahlı Qüvvələrinə aman verməyi xahiş edib”. SİA-nın məlumatına görə, bunu bir neçə dəqiqə əvvəl Donald Tramp sosial şəbəkəsində yazıb. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Kursk vilayətində hərbçilərlə görüşündə vurğulayıb: biz əsir düşən hər kəslə humanist davranırıq..? Lakin əcnəbi muzdlular Müharibə əsirləri ilə rəftarla bağlı Cenevrə Konvensiyası ilə əhatə olunmur. Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna…
Daha çoxGələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.
Daha çox15 milyard manatlıq investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb
2024-cü ildə Azərbaycanda 15 milyard 114,4 milyon manat məbləğində investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatı həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 42 % və yaxud 4 milyard 475,8 milyon manat çoxdur. Dövlət qeydiyyatının 2 milyard 329,8 milyon manatı və yaxud 15,4 %-i 101 korporativ istiqraz buraxılışının, 1 milyard 576,6 milyon manatı və yaxud 10,4 %-i 78 səhm buraxılışının, 2 milyard 708 milyon manatı və yaxud 17,9 %-i Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının,…
Daha çoxPrezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tam variantını təqdim edirik. Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir? Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu…
Daha çoxKefli sərnişin təyyarəni planlaşdırılmamış enişə məcbur edib
…Wizz Air aviaşirkətinin sərnişini sərxoş vəziyyətdə təyyarədə narahatlıq yaradıb və uçuşu pozub. SİA-nın məlumatına görə, bu barədə Daily Mail bildirib. Deməli, qadın martın 12-də Londondan Misirin Hurqada şəhərinə uçurdu. Şahidlərin sözlərinə görə, o, bütün uçuşu içib, sonra qışqırmağa və söyüşlər söyməyə başlayıb. Narazılıq yaradan şəxsi sakitləşdirmək mümkün olmadığından pilotlar Yunanıstanın Afina şəhərinə planlaşdırılmamış eniş etmək qərarına gəliblər. Gələn kimi hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarəyə minərək qanun pozuntusunu törədən şəxsi saxlayıblar. . …Qadın lağ və istehza ilə qarşılanıb. Təyyarənin sərnişinlərindən biri “polislər onu hamının sevincinə görə aparıblar”, – deyib. Əli Babayev
Daha çoxAilə həyatı, yoxsa karyera..?
Karyera, yoxsa ailə həyatı deyə bir sual hər zaman insanları düşündürüb, bu mövzu həmişə aktual olub və aktual olaraq da qalır. Bir sözlə, insanların seçim qarşısında qaldıqları məsələlərdən biri də məhz ailə və karyeradır. Heç şübhəsiz ki, karyera insan həyatında çox önəm kəsb edir və ehtimal ki, insanları da seçim qarşısnda qoyan məhz budur. Etiraf edək ki, bu seçimə qarşı yanaşma da fərqlidir və cəmiyyətimizdə insanlar da bununla bağlı fərqli düşüncəyə malikdirlər. Bu məsələ ilə bağlı SİA-da şəhər sakinlərinin fikrini öyrənməyə çalışıb. Şəhər sakini Rüstəm Cəfərov: “Ölkəmizə son illərdə baxanda…
Daha çoxRiskli vergi ödəyicilərinin sayı kəskin azalıb
2024-cü idə Azərbaycanda riskli vergi ödəyiciləri siyahısına daxil edilmə halları 2023-cü illə müqayisədə 62 % azalaraq 2,4 minə düşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Bundan başqa, sənədə əsasən, ötən il 145,9 min vergi ödəyicisinin alış olmadan 263 min sayda 1 milyard 123,4 milyon manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi aşkar edilib. Əvvəlki il bunu etmiş vergi ödəyicilərinin sayı 187,7 min olub, 333,3 min sayda 1 milyard 330,5 milyon manat məbləğində elektron qaimə-faktura təqdim olunub. Nəticədə bu əməliyyatlarda vergi ödəyicisi üzrə 22…
Daha çox“Baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir”
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. “Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”, – deyə dövlətimizin başçısı əlavə edib.
Daha çoxErməni diasporu üçün öz xalqının maraqları önəmli deyil
Erməni diasporu Ermənistan xalqının maraqlarını nəzərə almır və Ankara ilə İrəvan arasında gedən danışıqları pozmaq üçün əlindən gələni edir. Diaspor üçün Ermənistan vətəndaşlarının Türkiyə vasitəsilə Qərblə kommunikasiya marşrutlarının açılmasına olan həyati ehtiyacları aktual deyil, bu da bölgədə uzunmüddətli sabitliyin və inkişafın təmin edilməsi üzrə səylərə mənfi təsir göstərir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Ankaranın Avrasiya Araşdırmaları Mərkəzinin təhlilçiləri Tuğce Tecimer və Selenay Erva Yalçin səsləndirərək, erməni diasporu daxilində anti-Türkiyə isteriyasına diqqət çəkiblər. Ekspertlər Los-Ancelesdə “LA Kings” idman klubu tərəfindən ənənəvi təşkil edilən “Erməni irsi gecəsi”ndə yaşanan…
Daha çox