İmişli rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən 16 karxana müəyyən edilib. SİA-nın məlumatına görə, İmişlidə fəaliyyət göstərən “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında istismar işləri aparan qum-çınqıl karxanalarında rayon İcra Hakimiyyəti tərəfindən monitorinq aparılıb. Nəticədə 16 karxananın Torpaq Məcəlləsi və “Yerin təki haqqında” qanunun tələblərini pozaraq sənədləri olmadan əraziləri özbaşına zəbt etməklə qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib. Qanunsuz fəaliyyət göstərən karxanalar barədə tədbirlər görülməsi üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, FHN-in Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə,…
Daha çoxAuthor: Qafqaz Xəbər
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindəki bildirişlərin sayı 367 mini keçib
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 367,6 min yüklülük bildirişi olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 66,6 % çoxdur. Başqa sözlə, yüklülük bildirişlərinin 147 mini ötən il qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 62,3 % çoxdur. Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.
Daha çoxDövlət Komitəsinin ötən il işğaldan azad edilmiş ərazilərdəki fəaliyyəti açıqlanıb
2024-cü ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad edilmiş ərazilərdə bir sıra rayon və kəndlərin vahid şəhərsalma əsaslandırma sənədlərini təsdiq edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Məlumata görə, Ağdərə rayonu üzrə Suqovuşan və Umudlu kəndlərinin, Ağdam rayonu üzrə Salahlı Kəngərli, Güllücə və Göytəpə kəndlərinin, Kəlbəcər rayonu üzrə İstisu qəsəbəsinin, Zallar, Qamışlı, Otaqlı, Yanşaq və Çıraq kəndlərinin, Füzuli rayonu üzrə Horadiz və Qoçəhmədli kəndlərinin, Laçın rayonu üzrə Kürdhacı, Pircahan, Ərikli və Səfiyan kəndlərinin, Cəbrayıl rayonu üzrə Soltanlı, Karxulu, Yuxarı Mərcanlı, Cocuq…
Daha çoxBMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
Britaniya məhkəməsi Birləşmiş Millətlər Təşkilatının hakimi Lidiya Muqambeni qadını aldadaraq köləliyə çevirməkdə təqsirli bilib. SİA-nın məlumatına görə, bu barədə ABC News yazır. Prokuror Caroline Howie məhkəmə prosesində andlı iclasçılara bildirib ki, Muqambe onun hüquqlarını bilməməsindən istifadə edərək “zərərçəkmişi istismar edib və onu təhqir edib”. 49 yaşlı təqsirləndirilən şəxs hər şeyi təkzib edib. Bununla belə, Oksford Crown Məhkəməsindəki münsiflər heyəti onu immiqrasiya cinayətləri, məcburi əmək və şahidi qorxutmaq üçün sui-qəsd də daxil olmaqla bütün maddələr üzrə təqsirli bilib. Muqambe günahkar bilinəndən sonra xəstələnib. Hakim hökmü mayın 2-də çıxaracaq. Qeyd edilməlidir ki,…
Daha çox“Hərəkəti yönləndirir, istiqamətləndirir, axının qarşısını alır”
“”Yaşıl dalğa”nın üstünlükləri, əlbəttə ki, var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bunun əsas özəlliyi ondan ibarətdir ki, hərəkət edən zaman bütün nəqliyyat vasitələri istiqamət üzrə dayanmadan gedirlər: “Amma bunun həm də mənfi tərəfləri var. “Yaşıl dalğa”da hərəkət edən nəqliyyat vasitələri rahat hərəkət edə bilirlər. Onlar dayanmadan, müəyyən problemlər yaranmadan hərəkət edirlər. Amma “Yaşıl dalğa”ya düşməyən nəqliyyat vasitələri üçün isə bu, çətin olur. Ona görə çətin olur ki, müəyyən hərəkət qrafikinə uyğunlaşa bilmirlər. Yəni küçənin kəsişməsində gözləmə mövqeyində olurlar. Misal üçün, “Yaşıl dalğa”da…
Daha çoxSahibkarlar 600-dən çox investisiya təşviqi sənədi alıb
Bu il yanvarın 1-nə qədər Azərbaycanda 500 sahibkara 603 investisiya təşviqi sənədi təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 43,3 mindən çox iş yerinin açılacağı nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 13 %-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87 %-i isə regionların payına düşüb. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,3 %-i sənaye, 34,2%-i kənd təsərrüfatı, 1,8%-i logistika, 1,7%-i isə turizm sahələrində icra olunacaq layihələri…
Daha çoxMasallıda “Suveren Azərbaycanın Zəfər təntənəsi” adlı konfrans keçirilib
Martın 14-də Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının və Ombusmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin tərəfdaşlığı ilə Masallı rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suveren Azərbaycanın Zəfər təntənəsi” adlı konfrans keçirilib. Konfransda Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı rayon təşkilatının, Masallı rayonu üzrə gənclər və idman sektorunun, təhsil sektorunun əməkdaşları, müharibə iştirakçıları, qazilər, gənclər və idmançılar iştirak edib. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb və Vətən uğrunda canlarını fəda…
Daha çoxTramp Ukraynalı döyüşçülərə aman verməyi xahiş edib…
Kursk vilayətində çoxsaylı hərbi cinayətlər törətmiş ukraynalı yaraqlılar üçün gözlənilməz şəfaət. ABŞ prezidenti Donald Tramp, “Sudja yaxınlığında tamamilə mühasirəyə alınmış və həssas vəziyyətdə olan Ukrayna Silahlı Qüvvələrinə aman verməyi xahiş edib”. SİA-nın məlumatına görə, bunu bir neçə dəqiqə əvvəl Donald Tramp sosial şəbəkəsində yazıb. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Kursk vilayətində hərbçilərlə görüşündə vurğulayıb: biz əsir düşən hər kəslə humanist davranırıq..? Lakin əcnəbi muzdlular Müharibə əsirləri ilə rəftarla bağlı Cenevrə Konvensiyası ilə əhatə olunmur. Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna…
Daha çoxGələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.
Daha çox15 milyard manatlıq investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb
2024-cü ildə Azərbaycanda 15 milyard 114,4 milyon manat məbləğində investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatı həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 42 % və yaxud 4 milyard 475,8 milyon manat çoxdur. Dövlət qeydiyyatının 2 milyard 329,8 milyon manatı və yaxud 15,4 %-i 101 korporativ istiqraz buraxılışının, 1 milyard 576,6 milyon manatı və yaxud 10,4 %-i 78 səhm buraxılışının, 2 milyard 708 milyon manatı və yaxud 17,9 %-i Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının,…
Daha çox