Əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzə sınaq prosedurlarına dair…

Daha çox

AMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) qrafikinə uyğun olaraq 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, keçirilən yoxlamalar nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması üzrə nəzarət subyektlərinə müvafiq təlimatlar verilib, onların icrasına nəzarət həyata keçirilməkdədir. Bundan başqa, ötən il 7 hüquqi və 48 fiziki şəxs sığorta agentinə lisenziyalar verilib. Könüllü qaydada və ya aparılmış nəzarət tədbirləri nəticəsində 51 fiziki şəxs sığorta agentinə, 1 hüquqi şəxs sığorta brokeri və 3 hüquqi şəxs…

Daha çox

Xarici qonaqların Qlobal Forum haqqında düşüncələri NƏLƏRDİR?

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib. SİA bu forumda iştirak edən xarici qonaqların fikirlərini öyrənib. Security Officer to Obasanja, Maurice Babale: “Bu Qlobal forumda iştirak etməkdən çox şadam. Bu krizlərin, problemlərin aradan qaldırılmasında sülhü həll yolu kimi görürəm. Sülh bizim üçün mütləq bir amildir. Bununla yanaşı Qlobal Forumu olduqca bəyəndim. Həmçinin biz dünyaya bir dəfdə gəlirik. Bu həyətı yaşayırıq,…

Daha çox

Mərkəzi Bank dolların məzənnəsini kəskin aşağı salıb

…Rusiya Mərkəzi Bankının rəhbərliyi dolların rəsmi məzənnəsini növbəti dəfə kəskin aşağı salıb. SİA xəbər verir ki, bunu tənzimləyicinin saytında dərc olunan məlumatlar sübut edir. Amerika valyutasının martın 15-17-i üçün rəsmi məzənnəsi 85,57 rubl müəyyən edilib. Cümə günü, 14-də kotirovkalar 86,62 rubl idi. Belə ki, tənzimləyicinin rəhbərliyi dolların məzənnəsini 1,05 rubl aşağı salıb. Mərkəzi Bank Avropa valyutasının kotirovkalarını 65 qəpik – 94,26 rubldan 93,61 rubla endirib. Həftə sonu üçün yuanın rəsmi məzənnəsi isə öz növbəsində 11,82 rubl (mənfi 5 qəpik) təşkil edəcək. Dolların məzənnəsi həm banklararası, həm də Forex bazarlarında rubla…

Daha çox

Qanunsuz fəaliyyət göstərən 16 karxana müəyyən olunub

İmişli rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən 16 karxana müəyyən edilib. SİA-nın məlumatına görə, İmişlidə fəaliyyət göstərən “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında istismar işləri aparan qum-çınqıl karxanalarında rayon İcra Hakimiyyəti tərəfindən monitorinq aparılıb. Nəticədə 16 karxananın Torpaq Məcəlləsi və “Yerin təki haqqında” qanunun tələblərini pozaraq sənədləri olmadan əraziləri özbaşına zəbt etməklə qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib. Qanunsuz fəaliyyət göstərən karxanalar barədə tədbirlər görülməsi üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, FHN-in Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə,…

Daha çox

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindəki bildirişlərin sayı 367 mini keçib

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 367,6 min yüklülük bildirişi olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 66,6 % çoxdur. Başqa sözlə, yüklülük bildirişlərinin 147 mini ötən il qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 62,3 % çoxdur. Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

Daha çox

Dövlət Komitəsinin ötən il işğaldan azad edilmiş ərazilərdəki fəaliyyəti açıqlanıb

2024-cü ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad edilmiş ərazilərdə bir sıra rayon və kəndlərin vahid şəhərsalma əsaslandırma sənədlərini təsdiq edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Məlumata görə, Ağdərə rayonu üzrə Suqovuşan və Umudlu kəndlərinin, Ağdam rayonu üzrə Salahlı Kəngərli, Güllücə və Göytəpə kəndlərinin, Kəlbəcər rayonu üzrə İstisu qəsəbəsinin, Zallar, Qamışlı, Otaqlı, Yanşaq və Çıraq kəndlərinin, Füzuli rayonu üzrə Horadiz və Qoçəhmədli kəndlərinin, Laçın rayonu üzrə Kürdhacı, Pircahan, Ərikli və Səfiyan kəndlərinin, Cəbrayıl rayonu üzrə Soltanlı, Karxulu, Yuxarı Mərcanlı, Cocuq…

Daha çox

BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib

Britaniya məhkəməsi Birləşmiş Millətlər Təşkilatının hakimi Lidiya Muqambeni qadını aldadaraq köləliyə çevirməkdə təqsirli bilib. SİA-nın məlumatına görə, bu barədə ABC News yazır. Prokuror Caroline Howie məhkəmə prosesində andlı iclasçılara bildirib ki, Muqambe onun hüquqlarını bilməməsindən istifadə edərək “zərərçəkmişi istismar edib və onu təhqir edib”. 49 yaşlı təqsirləndirilən şəxs hər şeyi təkzib edib. Bununla belə, Oksford Crown Məhkəməsindəki münsiflər heyəti onu immiqrasiya cinayətləri, məcburi əmək və şahidi qorxutmaq üçün sui-qəsd də daxil olmaqla bütün maddələr üzrə təqsirli bilib. Muqambe günahkar bilinəndən sonra xəstələnib. Hakim hökmü mayın 2-də çıxaracaq. Qeyd edilməlidir ki,…

Daha çox

“Hərəkəti yönləndirir, istiqamətləndirir, axının qarşısını alır”

“”Yaşıl dalğa”nın üstünlükləri, əlbəttə ki, var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bunun əsas özəlliyi ondan ibarətdir ki, hərəkət edən zaman bütün nəqliyyat vasitələri istiqamət üzrə dayanmadan gedirlər: “Amma bunun həm də mənfi tərəfləri var. “Yaşıl dalğa”da hərəkət edən nəqliyyat vasitələri rahat hərəkət edə bilirlər. Onlar dayanmadan, müəyyən problemlər yaranmadan hərəkət edirlər. Amma “Yaşıl dalğa”ya düşməyən nəqliyyat vasitələri üçün isə bu, çətin olur. Ona görə çətin olur ki, müəyyən hərəkət qrafikinə uyğunlaşa bilmirlər. Yəni küçənin kəsişməsində gözləmə mövqeyində olurlar. Misal üçün, “Yaşıl dalğa”da…

Daha çox

Sahibkarlar 600-dən çox investisiya təşviqi sənədi alıb

Bu il yanvarın 1-nə qədər Azərbaycanda 500 sahibkara 603 investisiya təşviqi sənədi təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 43,3 mindən çox iş yerinin açılacağı nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 13 %-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87 %-i isə regionların payına düşüb. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,3 %-i sənaye, 34,2%-i kənd təsərrüfatı, 1,8%-i logistika, 1,7%-i isə turizm sahələrində icra olunacaq layihələri…

Daha çox