Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığının paytaxtı Rabatda Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb. SİA xəbər verir ki, tədbir Mərakeş Krallığının və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb. Komitə sədri bildirib ki, diaspor siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında yeni meyarlarla zənginləşib və xaricdə yaşayan azərbaycanlılarla əlaqələr daha da intensivləşib. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini…
Daha çoxAuthor: Qafqaz Xəbər
Səudiyyə Ərəbistanı sülh razılaşmasını alqışlayır
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır. SİA xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. Bildirilib ki, Səudiyyə Ərəbistanı bu razılaşmanın bölgədə sabitlik və rifahın yeni mərhələsinə gətirib çıxaracağına ümid edir.
Daha çoxSabunçuda qəzaya düşən 18 yaşlı oğlan xəstəxanada ölüb
Sabunçuda qəzaya düşən şəxs xəstəxanada həyatını itirib. SİA xəbər verir ki, hadisə martın 10-da Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən magistral yolda baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Hüseynov Elşən Ataməli oğlu istifadəsində olan avtomobillə hərəkətdə olarkən magistral yolda yolu keçən 2007-ci il təvəllüdlü Kazımov İsmayıl Mübariz oğlunu vurub. Nəticədə, sonuncu müalicə aldığı “Sabunçu Tibb Mərkəzi” PHŞ-nin Reanimasiya şöbəsində bu gün saat 12 radələrində ölüb. Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Daha çoxPaytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
Sevimli Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi paytaxt Bakıda da geniş qeyd edilir. Bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər öz kütləviliyi ilə seçilib. SİA xəbər verir ki, ənənəvi bayram tədbirləri Bakı şəhərinin Xətai və Yasamal rayonlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin…
Daha çoxBu gün 29 dərəcə isti olacaq
Martın 15-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindənm SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Ətraflı Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 24-29° isti,…
Daha çoxG7 ölkələrindən İrana çağırış
G7 ölkələrindən İrana çağırış
Daha çoxABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib
ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib. SİA-nın məlumatına görə, növbəti və sonuncu mərhələdə qanun layihəsi Prezident Donald Tramp tərəfindən imzalanmalıdır. Layihəyənin lehinə 54, əlehinə 46 səs verilib. Qanun sentyabrın 30-dək hökumətin maliyyələşdirilməsini nəzərdə tutur. Hökümətin maliyyələşməsi üzrə əvvəlki qanunun son icra müddəti martın 14-ü gecə saatlarında bitirdi.
Daha çoxAzərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib
Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə Acarıstan Muxtar Respublikasının Xulo rayonunda Müqəddəs Ramazan bayramı ilə əlaqədar aztəminatlı ailələrə yardım edib. SİA xəbər verir ki, bu məqsədlə təşkil olunan tədbirdə Xulo rayon meriyasının və Bələdiyyə Şurasının rəhbərliyi, Azərbaycan və Gürcüstanın ictimaiyyət nümayəndələri iştirak ediblər. Baş konsul Fuad Əzizov Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini, dövlətimiz tərəfindən xaricdə yaşayan soydaşlarımıza da diqqət və qayğı göstərildiyini bildirib. Diplomat xeyriyyə mərasimini Azərbaycan ilə Gürcüstan arasında yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirib. Xulo rayon rəhbərliyi Azərbaycan Dövləti…
Daha çoxÇində böyük partiya saxta düyü aşkarlanıb: nə etməli?
…Ən çox istehlak edilən qidalardan biri olan düyü bütün dünyada istehlakçıların narahatlığına səbəb olan saxtakarlıq problemi ilə üzləşir. Düyü saxtakarlığının ən məşhur hadisələrindən biri Çindəki qalmaqal idi, burada kartof nişastası və sintetik qatranların əlavə edilməsi ilə hazırlanmış düyü partiyaları tapıldı. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, saxta məhsul realdan demək olar ki, fərqlənmir, lakin bişirildikdə bərk və ya rezin kimi olur,..çox vaxt ərimiş plastiki xatırladan qoxu verir. Saxta düyü istehsalında istifadə olunan kimyəvi maddələr insanlar üçün zərərli ola biləcəyi üçün düyü saxtakarlığı təkcə narahatlıq doğurmur, həm də sağlamlıqla bağlı…
Daha çoxDondurulmuş qaragilə hepatit A xəstəliyinə səbəb olub…
…Hollandiyada 24 nəfərin təsirinə məruz qalan hepatit A epidemiyası qeydə alınıb. SİA-nın məlumatına görə, Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, çirklənməyə səbəb Albert Heijn brendinin dondurulmuş qaragiləsi olub. Xəstəliyə yoluxanlar arasında 16-77 yaş arasında olan 13-ü kişi və 11-i qadın olub, onlardan səkkizinin xəstəxanada müalicəsi tələb olunub. Hepatitə yoluxma hallarının hamısı 2024-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər baş verib. Giləmeyvə istehsalçısı hadisəyə operativ reaksiya verib, potensial təhlükəli məhsulu yanvar ayında ölkədəki bütün mağazalardan geri çağırıb. Artıq dondurulmuş göyərti almış istehlakçılara onları istehlak etməkdən çəkinmələri…
Daha çox