Rusiya Prezidenti Vladimir Putin administrasiya rəhbərinin müavini Dmitri Kozakı vəzifəsindən azad edib. SİA xəbər verir ki, Rusiya liderinin bu haqda sərəncamı rəsmi hüquqi informasiya portalında dərc olunub. Qeyd edək ki, “Vedomosti” Kozakın avqustun sonunda istefa vermək planları barədə məlumat yaymışdı. Nəşrin mənbələri qeyd ediblər ki, məmur Rusiya liderinin ən yaxın müttəfiqlərindən biridir, ona görə də onun gedişi ilə bağlı qərarı Putin şəxsən verəcək.
Daha çoxAuthor: Xəbər Qlobal
Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Yusif Səfərov küçəsi,…
Daha çoxNoyabrda Ciddədə beşinci Həcc konfransı və sərgisi keçiriləcək
Noyabrın 9-dan 12-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində beşinci Həcc konfransı və sərgisi keçiriləcək. SİA yerli mediaya istinadla xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizin himayəsi ilə “Məkkədən dünyaya” şüarı altında keçiriləcək tədbir çərçivəsində 80-dən çox iclas və 60 ixtisaslaşmış seminar planlaşdırılır. Tədbirlərdə diplomatik korpus nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların, zəvvar işləri üzrə fəaliyyət göstərən qurumların təmsilçilərinin, eləcə də 2400-dən artıq həcc təlimçisinin iştirakı gözlənilir. Bundan başqa, konfrans çərçivəsində “Həcc və İki Müqəddəs Ocağın tarixi forumu” adlı elmi-mədəni toplantı təşkil ediləcək. Forum həccin tarixi və mədəni…
Daha çoxErməni separatizminə son qoyulan antiterror əməliyyatından iki il ötür
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür. SİA xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun…
Daha çoxABŞ Çinə qarşı rüsumların tətbiqini yenidən təxirə sala bilər
ABŞ Çindən idxal edilən mallara tətbiq olunacaq rüsumların artırılmasını yenidən təxirə sala bilər. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, vurğulayıb ki, Vaşinqton və Pekin yekun razılaşmaya nail olmaq üçün kifayət qədər yaxınlaşıblar.
Daha çoxSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Daha çoxİrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib
İrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib. SİA xəbər verir ki, bu barədə İrlandiyanın müdafiə naziri Simon Harris “X” məlumat yayıb. Onun sözlərinə görə, yardım paketinə avtomobillər və minaların zərərsizləşdirilməsi üçün robotlar daxildir. “İrlandiyanın Ukraynaya dəstəyi sarsılmazdır. Bu gün Ukraynanın müdafiəsini dəstəkləmək və humanitar ehtiyaclarını qarşılamaq üçün 34 avtomobil və minaları zərərsizləşdirən 3 robot göndərdik”, – Harris bildirib.
Daha çoxNaxçıvan şəhərində “Suverenlik yürüşü” təşkil olunub
Sentyabrın 18-də Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik yürüşü” təşkil olunub. Naxçıvan Şəhər İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə baş tutan yürüş Əlahiddə Ümumqoşun Ordunun Hərbi Orkestrinin müşayəti ilə Zəfər Parkından başlayaraq, şəhərin mərkəzi meydanında yerləşən Heydər Əliyev Muzeyinin qarşısına qədər davam edib. Yürüşdə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantları, tələbələr, gənclər, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Yürüş iştirakçıları…
Daha çoxAnkarada Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi ehtiramla anılıb
Ankara Ticarət Palatasınını (ATO) binasında Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı tədbirə təşkilati dəstək ölkəmizin Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Türk Dünyası Parlamentarilər Fondu (TDPV) tərəfindən göstərilib. Müzakirələrdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, alimlər, ATO rəhbərliyi, Qarabağ müharibəsi veteranları, hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri iştirak ediblər. Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə dualar oxunub, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, xalqımız Qafqaz İslam Ordusunun…
Daha çoxHusilər İsrailin Eylat şəhərinə hücum etdilər
Yəmənin husi üsyançıları tərəfindən buraxılan pilotsuz təyyarə cümə axşamı axşam saatlarında İsrailin Eylat şəhərində bir otelin girişinə zərbə endirib. SİA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. Səlahiyyətlilərin məlumatına görə, otel binasına ziyan dəyib, lakin xəsarət alan olmayıb. “Polis qəza yerini mühasirəyə alıb, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər obyektin mənşəyini müəyyənləşdirmək və onun dağıntılarını təmizləmək üçün işləyirlər. Axtarış-xilasetmə qrupları qəzanın qeydə alındığı ərazidə işləyir”, – İsrail polisinin açıqlamasında deyilir. Hərbçilər pilotsuz uçan aparatı niyə tuta bilmədiklərini araşdırırlar.
Daha çox