“Azərkosmos” və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi kosmik sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. SİA Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) məlumatına istinadla xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərkosmos”un rəhbər heyəti ilə ABŞ-nin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili arasında görüş keçirilib. Tərəflər arasında “Azərkosmos”un ABŞ-nin aparıcı kosmik şirkəti olan “SpaceX” ilə mövcud tərəfdaşlığı və bu əməkdaşlığın gələcək peyk layihələrində davam etdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, ABŞ hökuməti ilə Azərkosmos arasında birgə tədbirlər və kommersiya layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın proqramları…
Daha çoxCategory: İqtisadiyyat
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,20 ABŞ dolları, yaxud 0,29 % artaraq 67,86 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,86 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,20 ABŞ dolları və ya 0,30 % artaraq 66,32 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxVaşinqtonda Ermənistan Baş naziri ilə ABŞ prezidentinin xüsusi elçisi görüşüb
Pezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkələrimiz arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları nəzərdən keçirilib. Müzakirələrdə Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən…
Daha çoxMikayıl Cabbarov Maykl Kratsios ilə görüşüb
Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb. SİA xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkələrimiz arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud…
Daha çoxFutbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib
Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər ediblər. Bu barədə SİA-ya FİF-in mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı hər iki bölgənin təmsilçiləri ilə görüşlər keçirilib, klubların dayanıqlılığının təmin olunması və maliyyə kanallarının yaradılması yolları, FİF tərəfindən dəstək imkanları müzakirə olunub. Səfər zamanı FİF-in icraçı direktoru Tural Piriyev Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb. İcra başçısına fondun regionda gördüyü işlər və planları, bölgə təmsilçisinin hazırki vəziyyəti barədə məlumat verilib. Bununla yanaşı, FİF tərəfindən artıq yekunlaşan sosial layihədə istifadə edilən idman ləvazimatları uşaq futbolunun inkişafı məqsədilə “Ağstafa…
Daha çoxAzərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Hacıoğlu”, “Stumul” və “İnci Kredo” kredit ittifaqlarına icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Hacıoğlu Kredit İttifaqı” MMC 2025-ci ilin II rübünə hesabatları təqdim etmədiyindən “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin olunmayıb, odur ki, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. “Stimul” Kredit İttifaqı MMC isə 2025-ci ilin II rübü üzrə hesabatları…
Daha çoxBakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatıb
Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb. SİA ADY-yə istinadən xəbər verir ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan konteyner həcmi 60 429 TEU təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2 % çoxdur. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olmuşdu. Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi…
Daha çoxBakı-Qazax avtomobil yolunda təmir işləri aparılır
“Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir. Hazırda təmir işləri yolun 97,7-ci km-dən 104,5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton…
Daha çoxDünya Bankı Tacikistanda islahatların dəstəklənməsinə 50 milyon dollar ayıracaq
Dünya Bankının Direktorlar Şurası “Dayanıqlı inkişaf siyasətinin dəstəklənməsi – Rəqabətli və inklüziv Tacikistan” proqramının həyata keçirilməsini təsdiqləyib. Bu barədə SİA Tacikistanın Maliyyə Nazirliyinə istinadən məlumat verib. Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) proqramın həyata keçirilməsinə 50 milyon ABŞ dolları məbləğində qrant ayırıb. Layihə iqtisadiyyatda rəqabətin genişləndirilməsi, özəl sektorun inkişafı üçün şəraitin yaradılması, həmçinin xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə dövlət sektorunun gücləndirilməsi sahəsindəTacikistan hökumətinin həyata keçirdiyi islahatların dəstəklənməsinə yönəlib. Təşəbbüs 2030-cu ilə qədər olan dövr üçün Milli İnkişaf Strategiyasında müəyyən edilmiş prioritet istiqamətləri əhatə edir və gözlənildiyi kimi, ölkənin rəqabətqabiliyyətli, inklüziv və…
Daha çoxBərdə-Xankəndi istiqaməti üzrə avtobus reyslərinin sayı artırılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ötən ilin sentyabr ayında “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verdiyi Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayını artırır. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30…
Daha çox