Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib

Azərbaycan Bolqarıstanın qazlaşdırılması məsələsini müzakirə edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, bu müzakirələr Türkiyədə P. Şahbazov və Bolqarıstanın energetika naziri Jeço Stankov ilə keçirilən səmərəli görüşdə aparılıb. Bildirilib ki, iki ölkə arasında qaz tədarükü və tranziti üzrə əməkdaşlığın inkişafı perspektivləri, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişlər nəzərdən keçirilib.

Daha çox

AKİA taxıl əkini sahələrinə görə builki subsidiya ödənişini açıqlayıb

Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir suvarma sistemləri ilə təmin edilmiş və edilməmiş taxıl əkini sahələrinə görə müvafiq olaraq 400 manat və 140 manat subsidiya ödənilib. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Rəşad Fəttahov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Digər ərazilər üzrə müasir suvarma sistemi ilə təmin edilmiş və edilməmiş taxıl əkini sahələrinə görə müvafiq olaraq 290 manat və 230 manat subsidiya ödənilib. Bu ödənişlər hələ də davam edir”,- deyə o qeyd edib.

Daha çox

Naxçıvanda yeni meyvə bağları salanlar bu ildən birdəfəlik ödəniş alacaq

Bu ildən Naxçıvan Muxtar Respublikasında yeni salınan meyvə bağlarına görə birdəfəlik ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Rəşad Fəttahov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Fermerlər bu ödənişi almaq üçün sahədəki ting sayı və tinglərin sertifikatlaşdırılmış olması ilə bağlı tələblərə əməl etməlidirlər. Bundan başqa, bağlar müəyyən hündürlükdən yuxarı və aşağı olmamalıdır. Minimal hektar tələbi var. Məsələn, alma bağı azı 2 hektarda salınmalıdır. Bu tələbləri ödəyən femerlər alma bağının hər hektarını görə 11 min manat…

Daha çox

AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişin məmnuniyyətini artırmaq məqsədilə yeni “AZAL Upgrade” proqramını tətbiq edib. SİA AZAL-a istinadən xəbər verir ki, ekonom sinif bileti alan sərnişinlər bu proqram çərçivəsində biletlərini premium ekonom və biznes sinfə yüksəltmək imkanı əldə edirlər. “AZAL Upgrade” proqramından istifadə edərək qalib gələn sərnişinlər premium ekonom və biznes sinfə aid bütün imtiyazlardan yararlana bilərlər. Xidmətdən yararlanmağın bir neçə üsulu var. Belə ki, ekonom sinif bileti alan sərnişinlər AZAL tərəfdən elektron poçt vasitəsilə uçuşlarından öncə “AZAL Upgrade” barədə məlumat alacaqlar. Sərnişinlər e-poçtda yer alan linkə…

Daha çox

İlin birinci rübündə 8 mindən çox avadanlığın idxalına icazə verilib

Cari ilin yanvar-mart aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 42 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 11 min 626 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb. SİA xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, qanunauyğun olaraq həmin müraciətlər üzrə 8 085 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədinin verilməsi təmin olunub. Eyni zamanda 6 müraciət üzrə 3 504 ədəd avadanlıq üçün edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət üçün…

Daha çox

13-cü Karyera Sərgisində rekord sayda şirkət iştirak edir

Bu il ADA Universitetində təşkil olunan 13-cü Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb. SİA xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda sərgidə 152 şirkət və dövlət qurumları təmsil olunur: “ADA universitetində bu il 13-cü dəfə keçirilən Karyera Sərgisinin təşkili artıq ənənə halını alınıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edir. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlər. Bunlara bank, maliyyə, istehsalat və sair aiddir”. T.Aslanova onu da qeyd edib ki, sərgi…

Daha çox

Pərviz Şahbazov Britaniyada Azərbaycanın “yaşıl enerji” potensialını müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyadakı “Richborough” enerji parkına səfər edib və Azərbaycanda “yaşıl enerji” potensialını müzakirə edib. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Britaniya şirkəti “Pacificgreen” tərəfindən təşkil edilmiş “Richborough” enerji parkına səfər zamanı Pərviz Şahbazov Böyük Britaniya-Belçika şəbəkələrarası bağlantı, həmçinin Mərakeş – Böyük Britaniya elektrik stansiyasının tikintisi üzrə “XLinks” layihəsi (Xlinks Morocco-UK Power Project) ilə tanış olub. Bununla yanaşı, Azərbaycanın “yaşıl enerji” potensialı və bu istiqamətdə mümkün gələcək əməkdaşlıq öyrənilib”, – paylaşımda bildirilib.

Daha çox

AMB “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədini açıqlayıb. SİA AMB-yə istinadən xəbər verir ki, sənəd özünüməşğul şəxslərin və mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşməsi, həmçinin bütövlükdə iqtisadi artımın dəstəklənməsində mikromaliyyə sektorunun rolunun artırılması istiqamətində nəzərdə tutulan təşəbbüsləri müəyyən edir. Strateji çərçivə sənədi mikromaliyyənin hüquqi və tənzimləyici bazasının gücləndirilməsi, mikrokredit anlayışının qanunvericiliyə gətirilməsi, bank olmayan kredit təşkilatlarının institusional inkişafı və maliyyələşmə mənbələrinin diversifikasiyası, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərinin gücləndirilməsi üzrə prioritetləri əhatə edir. Sənəddə özünüməşğul əhali və ailə kəndli təsərrüfatlarının identifikasiyası sisteminin təkmilləşdiriməsi üzrə öncəliklər də əks olunur.…

Daha çox

Bankların aqrar sektora verdiyi kreditlər 1,8 milyard manatı üstələyib

Bu il aprelin 1-nə Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin ümumi məbləği 1,8 milyard manatı üstələyib. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. Onun sözlərinə görə, bu kreditlərin 80 %-i bankların öz vəsaitləri, 20 %-i isə xüsusi məqsədli dövlət fondlarının vəsaitləri hesabına verilib.

Daha çox

Aqrar sığorta müqavilələrinin sayı 9 % artıb

2024-cü ildə Azərbaycanda aqrar sığorta müqavilərinin sayı 2023-cü illə müqayisədə 9 %, aqrar sığorta predmetlərinin sayı isə 5 % çox olub. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. “Bu sahədə davamlı inkişaf müşahidə edilir”, – deyə o qeyd edib.

Daha çox