Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq

Media nümayəndələri Prezident İlham Əliyev iyulun 3-də təməlini qoyduğu Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksin inşa ediləcək yerdə olub. SİA xəbər verir ki, təşkil edilən mediaturda “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə məlumat verib. O bildirib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Qeyd edilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb: “Bu dəmir yolu xətti boyunca…

Daha çox

Bakıdakı “ECO Təmiz Enerji Mərkəzi” iqlim böhranı ilə mübarizəyə töhfə verəcək

Bakıda yaradılacaq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Təmiz Enerji Mərkəzi regionun enerji təhlükəsizliyinə töhfə verəcək, enerji resurslarından istifadənin səmərəliliyini artıracaq, qlobal iqlim böhranı ilə mübarizədə yeni stimul olacaq. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün yekunlarına həsr olunmuş bazar günü buraxılışında deyilir. Nəşr Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı təsis sənədlərinin ratifikasiyasının yekun mərhələsi barədə bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən yazır. “Təsis sazişinin mətni ötən ay Böyük Millət Məclisinə (Türkiyə Parlamenti) təqdim edilib və yaxın vaxtlarda parlamentin xarici əlaqələr…

Daha çox

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Əhmədbəyli-Füzuli-Şuşa yolu da belə layihələrdən biridir. Yolda aparılan tikinti işləri barədə SİA-nın bölgə müxbirinə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu…

Daha çox

OPEC+ gündəlik neft hasilatını yarım milyon barel artıracaq

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ alyansı avqust ayı üçün gündəlik neft hasilatını 548 min barel artırmaq barədə razılığa gəlib. SİA xəbər verir ki, təşkilat bu qərarı qlobal iqtisadiyyatın sabit proqnozları və bazarın möhkəm əsasları, o cümlədən neft ehtiyatlarının aşağı səviyyəsi ilə əsaslandırıb. Hasilat artımı OPEC+ alyansının səkkiz üzvü – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman, İraq, Qazaxıstan, Əlcəzair və Rusiya tərəfindən həyata keçiriləcək. Razılaşdırılmış həcmdə artım əvvəlki aylara nisbətən hasilatın sürətlənməsini göstərir. Təşkilat artıq may, iyun və iyul aylarında hasilatı əvvəlcədən planlaşdırılandan daha çox – hər ay üçün gündəlik 411…

Daha çox

“Azərbaycanda olmuşam, lakin bu vəzifədə ilk səfərim olacaq…”

Britaniyanın ticarət elçisi: Azərbaycanla ticarət və investisiya sahələrində geniş əməkdaşlıq potensialı var SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays müsahibəsində iki ölkə arasında ticarət və investisiya sahələrində geniş əməkdaşlıq potensialının olduğunu vurğulayıb. O, xüsusilə nəqliyyat, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişlənə biləcəyini qeyd edib. Con Alderdays bildirib ki, Britaniya və Azərbaycan enerji və faydalı qazıntıların hasilatı kimi sahələrdə artıq əməkdaşlığa başlayıb. Onun sözlərinə görə, bu sahələrdə infrastrukturun inkişafı da olduqca vacibdir: “Təkcə hasilat…

Daha çox

Azərbaycanda növbəti torpaq hərracları elan edilib

Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Hərraclar ƏMDX-nın Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Beyləqan, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 41 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Daha çox

“Azərkabel” ötən ili zərərlə başa vurub

“Azərkabel” ASC 2024-cü ili 6 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2023-cü ildən 2 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il “Azərkabel”in satışdan gəlirləri 148 min manat (əvvəlki ilə nisbətən 2,8 % çox), satışının maya dəyəri 154 min manat (8,45 % çox), o cümlədən əmək haqqı xərcləri 61 min manat (5,2 % çox), amortizasiya xərcləri 22 min manat (8,3 % az), mal-metarial xərcləri 40 min manat (7 % az), DSMF üzrə xərcləri 11 min manat (10 % çox), bank xərcləri 1 min manat (3,3 dəfə…

Daha çox

“Hermes Finance”in maliyyə göstəriciləri pisləşib

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC 2024-cü ili 840 min manat xalis mənfəətlə başa vurub. SİA səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 33 % azdır. Bu il yanvarın 1-nə “Hermes Finance”ın aktivləri 25,894 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15,9 % azalaraq 24,777 milyon manata düşüb, balans kapitalı isə 10,4 % artaraq 1,116 milyon manata, o cümlədən nizamnamə kapitalı 20 % artaraq 900 min manata çatıb. Xatırladaq ki, “Hermes Finance” 2018-ci…

Daha çox

“OPEC+”a üzv olan 8 ölkə avqustda hasilatı artıra bilər

“OPEC+”a üzv olan və neft hasilatını könüllü olaraq azaldan 8 ölkə avqustda istehsalı gündəlik 411 min bareldən çox artırmaq barədə qərar qəbul edə bilər. SİA xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib. Bununla belə, agentliyin həmsöhbəti hasilat həcminin artırılması ilə bağlı konkret variantları açıqlamayıb. “Reuters” agentliyi mənbələrə istinadən bildirir ki, “OPEC+” “səkkizliyi” avqustda hasilatı gündəlik təxminən 550 min barel artıra bilər. Avqust üçün istehsal parametrləri ilə bağlı yekun qərarın qəbul ediləcəyi görüş iyulun 5-də keçirilməlidir. “OPEC+”a üzv olan 8 ölkə ötən ilin əvvəlindən hasilatı gündəlik 2,2…

Daha çox