UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbananın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və vətəndaş rifahının təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, gələn il ölkəmizin ev sahibliyi edəcəyi UNESCAP-ın 82-ci sessiyasının regional və qlobal dialoqun gücləndirilməsi, sosial inklüzivliyin təşviqi və yaşlı əhalinin…

Daha çox

Şəkidəki əmlak kompleksi hərraca çıxarılacaq

Avqustun 5-də, saat 10:00-da qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonunun Daşüz kəndində yerləşən əmlak kompleksinin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin tabeliyində olan müəssisənin ümumi faydalı sahəsi və özəlləşdirilən torpaq sahəsi 100 min kv.m.-dir. Əmlakın ilkin satış qiyməti 1 milyon manatdır. Bunun 10 %-i və yaxud 100 min manatı beh kimi ödənilməlidir. Hərrac Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında olacaq. Əlavə məlumatları Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzindən və Dövlət əmlakının özəlləşdirilməsinin təşkili…

Daha çox

KOBİA-nın ötənilki gəlirləri və xərcləri eyni olub

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) gəlirləri ilə xərcləri eyni olub. Halbuki, agentlik 2023-cü ildən 562 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il KOBİA-nın gəlirləri 20,365 milyon manat (əvvəlki ilə nisbətən 19,2% az) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri də 20,365 milyon manat (illik müqayisədə 17,4 % az), o cümlədən istifadə etdiyi materialların dəyəri 682 min manat (40,2 % az), işçi heyəti üzrə xərcləri 13,735 milyon manat (14,4 % çox), amortizasiya xərcləri 959 min manat (5,7 % çox), digər əməliyyat xərcləri…

Daha çox

Şəmkirin kəndində qaz kəsiləcək

İyulun 7-də saat 10:00-dan etibarən Şəmkir rayonunun Şiştəpə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Salahova Adilə Səməd qızına məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən diametri 108 mm və 76 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər Zəyəm AQPS-dən qidalanan kənddə təxminən 1 300 abonentin qazı kəsiləcək. Qaz İstismarı İdarəsi abonentlərə müvəqqəti narahatlığa görə üzr istəyib və ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.

Daha çox

Hərracın gedişini “Mobil icra” proqram təminatı ilə izləmək mümkün olacaq

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydasında dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Dəyişikliyə əsasən, tələbkar, borclu, habelə hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı vasitəsilə izləyə biləcək. Hüquqi şəxs olan tələbkar, borclu və digər hərrac iştirakçıları “Mobil icra” proqram təminatı vasitəsilə hərracın gedişini portal sahibi ilə Mülki Məcəlləyə uyğun bağlanılmış müqaviləyə müvafiq olaraq izləyəcək.

Daha çox

Naxçıvanda barama istehsalı 17 % artıb

Bu il Naxçıvan Muxtar Respublikasında 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17% çoxdur. SİA xəbər verir ki, barama Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında istehsal edilib. Bu bölgələrdə ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5 kq, Sədərək rayonu üzrə 436,2 kq, Culfa rayonu üzrə 226 kq, Şərur rayonu üzrə 207,3 kq, Ordubad rayonu üzrə 118,8 kq, Naxçıvan şəhəri üzrə 75,2 kq, Kəngərli rayonu üzrə isə 60 kq yaş barama tədarük olunub. Ən…

Daha çox

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək. Bakı-Laçın və əksinə istiqamətdə biletin…

Daha çox

Oğuzun iki kəndində qaz kəsiləcək

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas kəndlərini qazla təmin edən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər kəndlərdə ümumilikdə 630 abonentin qazı kəsiləcək. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Daha çox

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, ötən il Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 7,539 milyon manat (əvvəlki illə müqayisədə 4,3 % çox), digər gəlirləri 6,281 milyon manat (0,6 % çox), əməliyyat xərcləri 6,755 milyon manat (9,8 % çox), inzibati xərcləri 6,501 milyon manat (12,7 % az), ümidsiz borclarla bağlı xərclər isə 1 min manat (97,3 dəfə az) təşkil edib. Qurum…

Daha çox

Təbii qaz ucuzlaşdı

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.74% ucuzlaşaraq 3.3862 ABŞ dollarına bərabər olub. SİA xəbər verir ki, Niderlandın “Title Transfer Facility”də (TTF) qazın meqavat-saatının dəyəri 1.04% azalıb. Beləliklə, qazın meqavat-saatı 33.36 avro olub.

Daha çox