Oğuzun iki kəndində qaz kəsiləcək

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas kəndlərini qazla təmin edən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər kəndlərdə ümumilikdə 630 abonentin qazı kəsiləcək. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Daha çox

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, ötən il Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 7,539 milyon manat (əvvəlki illə müqayisədə 4,3 % çox), digər gəlirləri 6,281 milyon manat (0,6 % çox), əməliyyat xərcləri 6,755 milyon manat (9,8 % çox), inzibati xərcləri 6,501 milyon manat (12,7 % az), ümidsiz borclarla bağlı xərclər isə 1 min manat (97,3 dəfə az) təşkil edib. Qurum…

Daha çox

Təbii qaz ucuzlaşdı

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.74% ucuzlaşaraq 3.3862 ABŞ dollarına bərabər olub. SİA xəbər verir ki, Niderlandın “Title Transfer Facility”də (TTF) qazın meqavat-saatının dəyəri 1.04% azalıb. Beləliklə, qazın meqavat-saatı 33.36 avro olub.

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,68 % azalaraq 74,17 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,73 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,69 % azalaraq 72,92 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…

Daha çox

“Dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması məqsədəuyğun sayılır”

“Dövlət müəssisələrinin özəlləşdirilməsi zərurəti iqtisadi ədəbiyyatda və dünya təcrübəsində geniş şəkildə əsaslandırılmışdır. İqtisadi elm və beynəlxalq praktika göstərir ki, özəl sektor idarəetmə və təsərrüfat fəaliyyəti baxımından daha effektiv, səmərəli və nəticəyönümlü olur. Bunun əsas səbəbi şəxsi sahibkarlıq maraqlarının, yəni fərdi qazanc motivasiyasının daha rasional və operativ idarəetmə qərarlarına gətirib çıxarmasıdır. Bu müddəa həm nəzəri, həm də empirik şəkildə sübut olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, müəyyən sahələr var ki, onların strateji və ya sosial əhəmiyyətinə görə dövlətin iştirakı vacib sayılır: “Xüsusilə iqtisadi böhran…

Daha çox

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

Daha çox

Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru ilə görüşüb

İyulun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha çox

Enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Qırğızıstan arasında enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib. SİA bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir. Məlumata görə, qurumun İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub.

Daha çox