İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 10-da təkrar pul hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca Bakı, Cəlilabad, Daşkəsən və Bərdədə yerləşən 5 səhmdar cəmiyyətinin səhmləri çıxarılacaq. Hərracda qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ən geci 3 bank günü qalana qədər qəbul olunacaq. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda…
Daha çoxCategory: İqtisadiyyat
Xəzinədarlıq orqanları 4 ayda 440 mindən artıq ödəniş tapşırığı icra edib
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı xəzinədarlıq orqanları 440 mindən artıq ödəniş tapşırığı icra edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri sifarişlər əsasında xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.
Daha çoxPirallahı Sənaye Parkının ərazisi genişləndirilə bilər
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallalı Sənaye Parkının ərazisi artıq tam şəkildə rezidentlərlə dolub, odur ki, Parkın ərazisinin genişləndirilməsi məsələsinə baxıla bilər. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. “Ölkə prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə 30 hektar ərazidə yaradılmış, əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir.…
Daha çoxAzərbaycanda dövlət xətti ilə aqrar sığorta ödənişi 15 milyon manata çatıb
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan indiyə qədər zərər çəkmiş sığortalı fermer və təsərrüfatlara ümumilikdə 15 milyon manata yaxın sığorta ödənişi edib. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modeli əsasında yaradılıb. Aqrar sığorta mexanizminin əsas xüsusiyyəti sığorta haqqına 50%-lik dövlət dəstəyinin verilməsidir. Sığorta haqlarının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatları sığortalanır.
Daha çox“Brent” neftinin qiyməti 60 dollardan aşağı enib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 3,03% azalaraq 1 barelə görə 59,43 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 3,31% azalaraq 56,36 ABŞ dollarına bərabər olub.
Daha çoxSamir Şərifov Suriyanın keçid dövrü Prezidenti ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. SİA “SANA” agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib. Eyni zamanda Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.
Daha çoxAzərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,2 % azalaraq 63,63 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 61,41 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,09 ABŞ dolları və ya 0,14 % azalaraq 61,97 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxAzərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdən keçirilib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşündə aparlıb. Görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zəngin resursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafı investorlar üçün cəlbedici imkanlar…
Daha çoxVüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib
Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib. SİA xəbər verir ki, AQC-nin 8-ci Hesabat-Seçki Konfransı baş tutub. Konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər keçirilib Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib. Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər. Qeyd edək ki, bundan öncə 2022-ci ildə keçirilən AQC-nin 7-ci Hesabat-Seçki…
Daha çoxPərviz Şahbazov nazirlər sessiyasında çıxış edib…
Nazir: Biz mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdirmişik Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Azərbaycanın neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, bu xüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrinin artırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib. Bildirilib ki, Türkiyə bizim üçün yalnız istehlakçı…
Daha çox