Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

Daha çox

Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru ilə görüşüb

İyulun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha çox

Enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Qırğızıstan arasında enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib. SİA bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir. Məlumata görə, qurumun İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub.

Daha çox

Azərenerji”nin xalis mənfəəti 1 %-ə yaxın azalıb

“Azərenerji” ASC 2024-cü ili 173,834 milyon manat xalis mənfəətlə başa vurub. SİA səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,7 % azdır. Bununla belə, qurumun yığılmış zərəri 8,7 % azalaraq 1 820,557 milyon manata düşüb. Ötən il “Azərenerji”nin elektrik enerjisi satışından gəlirləri 1 milyard 429,625 milyon manat (əvvəlki ilə nisbətən 15,2 % az), elektrik şəbəkəsinə qoşulma xidmətindən gəlirləri 1,231 milyon manat (2,5 dəfə az), digər gəlirləri isə 37,471 milyon manat (10 dəfə çox) olub. 2024-cü ildə qurumun yanacaq xərcləri 685,805 milyon manat (2023-cü illə müqayisədə…

Daha çox

Naxçıvanda hərrac yolu ilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib. Qeyd edək ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı iyulun 22-də Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Hərracların Təşkili Mərkəzinin inzibati binasında keçiriləcək. Ətraflı məlumatı Əmlak…

Daha çox

“Azərbaycan iqtisadiyyatının əsas investisiya ehtiyacı müharibə dövründə olub”

“Yerli istehsal müəssisələrinin beynəlxalq tədarük zəncirlərinə inteqrasiyası və qlobal iqtisadiyyata adaptasiyası iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq iqtisadi sistemə səmərəli inteqrasiya üçün ilk növbədə mövcud istehsalatın rəqabətqabiliyyətli olması əsas şərtlərdəndir. Rəqabətqabiliyyətin təmin olunması üçün istehsal olunan məhsullar həm keyfiyyət baxımından beynəlxalq standartlara cavab verməli, həm də müasir texnoloji əsaslara söykənən istehsal prosesləri ilə müşayiət olunmalıdır. Bu, maya dəyərinin aşağı düşməsi və nəticə etibarilə məhsulun xarici bazarda rəqabətə davamlı olmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. Onun sözlərinə görə, lakin qeyd edilən bu iki…

Daha çox

Suveren Azərbaycanda kənd təsərrüfatının rəqəmsal siyahıyaalınması

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla heç vaxt barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün böyük əzm və qətiyyət göstərdi. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə torpaqlarımızın işğalına son qoyuldu. Vətən müharibəsi dövründə Azərbaycan…

Daha çox

Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, lirənin manat qarşısında dəyəri 0.23% artaraq 0.0427 manata bərabər olub. Avronun məzənnəsi 0.07% azalaraq 1 avro 2.0029, rublun məzənnəsi isə 0.53% ucuzlaşaraq 100 rubl 2.1438 manata enib.

Daha çox