Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”də dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, şəhadətnamədə əks olunan standart məlumatlarla yanaşı, qeyd edilən məlumatlarda bir sıra dəyişikliklər edilib. Bundan başqa, Şəhadətnamədə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkə, eləcə də yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə və avtobuslar, mikroavtobuslar və…
Daha çoxCategory: İqtisadiyyat
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər. Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti…
Daha çoxQızıl və gümüş ucuzlaşdı
Qızıl və gümüş ucuzlaşdı
Daha çoxAvro və rubl ucuzlaşdı
Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, lirənin manat qarşısında dəyəri azalıb. Beləcə, 1000 lirə 42 manat 60 qəpiyə bərabər olub. Avronun məzənnəsi azalaraq 1 avro 2.0043 , rublun məzənnəsi isə ucuzlaşaraq 100 rubl 21 manat 55 qəpiyə enib.
Daha çoxAzərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,51 % artaraq 73,61 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,58 % artaraq 72,33 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…
Daha çoxAzərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair xidmətlərin tarifləri təsdiqlənib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin tarifləri”ni təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, beynəlxalq səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri aşağıdakı kimi müəyyənləşib: Bundan başqa, Azərbaycanın ərazi suları daxilində səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri xətti üzmə marşrutuna malik müntəzəm sərnişindaşıma həyata keçirən və yaxud eyni iki liman və liman akvatoriyası, dəniz əməliyyatları bazası və ya məntəqələr arasında səfərlər edən…
Daha çoxBakı və Kabil “Lazurit” nəqliyyat dəhlizinin inkişafını müzakirə edib
Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Əbdül Qani Beradarafan Azərbaycan Baş naziri Əli Əsadovla iyulun 2-də keçirdiyi görüşdə “Lazurit” nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Əfqanıstanın iqtisadiyyat nazirinin müavini “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Məlumatda qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı Əfqanıstanla ixrac və idxal həcmlərini artırmağa hazır olduğunu bildirib. “Lazurit” dəhlizi Əfqanıstanın xarici ticarəti üçün ən perspektivli alternativ marşrut hesab olunur. Bu marşrut boyunca yerləşən ölkələr əsas əfqan malları – ilk növbədə qurudulmuş meyvələr, dərman bitkiləri və faydalı qazıntılar üçün tutumlu satış…
Daha çoxECO-nun 17-ci Zirvə görüşü: Azərbaycanın güclənən beynəlxalq mövqeyi
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və…
Daha çoxBakının bu ərazilərində qaz olmayacaq
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.
Daha çoxTəbii qazın dəyəri azaldı
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.28% ucuzlaşaraq 3.4782 ABŞ dollarına bərabər olub. SİA xəbər verir ki, Niderlandın “Title Transfer Facility”də (TTF) qazın meqavat-saatının dəyəri 1.73 % azalıb. Beləliklə, qazın meqavat-saatı 33.30 avro olub.
Daha çox