“Yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır”

“2017-ci ildə əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyin tələbinə əsasən, hər il 6 ay olmaqla pensiya yaşı mərhələli şəkildə artırılır. Yəni bu proses texniki və hüquqi baxımdan müvəqqəti tədbir və ya ayrıca qəbul edilmiş qərar deyil, mövcud qanunun tələbi kimi həyata keçirilir və hər ilin əvvəlindən qüvvəyə minir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycanda ümumilikdə pensiya yaşının artırılmasının arzuolunan bir hal olmaması ilə bağlıdır: “Belə ki, orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq — yəni gözlənilən pensiya dövrü — dünya…

Daha çox

Muxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər

COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə iqlim gündəliyində səhiyyənin rolunu müzakirə edib. SİA-nın məlumatına görə, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib. “Tərəflər milli iqlim planlarının növbəti mərhələsinin həm dekarbonizasiya və davamlı inkişafa necə töhfə verə biləcəyini, həm də səhiyyə tədbirlərinin bu sənədlərə inteqrasiyasını müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Daha çox

Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

İyulun 22-də energetika naziri Pərviz Şahbazov İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbul saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Kürdəmir” filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt…

Daha çox

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər. Lotereyanın superprizi olan Toyota Corolla avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb. “Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi Birbank tətbiqi vasitəsilə sifariş etdiyim Birbank Star kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl…

Daha çox

Şavkat Mirziyoyev Bakıda “Özbəkistan” parkını açacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkını açacaq. SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib. “Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək”, – məlumatda deyilir. Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan və Özbəkistan liderləri Ali Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcək, həmçinin “Özbəkistan” parkının təməlini qoyacaq və Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasını açacaqlar. “Sabah prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev Azərbaycanın Qarabağ regionunda ünsiyyətlərini davam…

Daha çox

“Üfüq” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, iyunun 22-də keçirilən müsabiqənin finalında iştirak edən 191 namizəddən ən yüksək bal toplayan 30 nəfər qalib adını qazanıb. Müsabiqənin şərtlərinə əsasən, 25 qalibin seçilməsi planlaşdırılsa da, 5 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komissiyası həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib. Qaliblərdən 17-si kişi, 13-ü qadındır. Ən gənc qalibin 23, ən…

Daha çox

Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil

Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil. SİA xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında ilk dəfədir keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumunda deyib. Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir: “Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini də paylaşmağa hazırdır”. B.Muradova bildirib ki, Azərbaycanda qadın…

Daha çox