Son illər Çindən gətirilən avtomobillər bazarda sürətlə yayılmağa başlayıb. Bəzi alıcılar bu avtomobilləri rəsmi distributordan yenisini almağa üstünlük versələr də, bir çoxları daha ucuz olduğuna görə ikinci əl Çin avtomobillərinə üstünlük verirlər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, avtomobil mütəxəssisləri ikinci əl Çin maşını alarkən bəzi vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər, çünki bir sıra hallarda bu avtomobillərdə müxtəlif texniki problemlər ortaya çıxa bilər
Daha çoxCategory: İqtisadiyyat
“Azərişığ”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular
Qırğızıstanda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” keçirilib. SİA xəbər verir ki, Azərbaycanı bu yarışda “Azərişıq” ASC 6 nəfərlik heyətlə təmsil edib. Açılış mərasimində Qırğızıstan Respublikasının energetika nazirinin müavini Usenova Nazgül Jorobelovna və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin sədri Altınbek Rısbekov komandaları salamlayıblar. Türk dövlətlərinin qədim tarixindən danışılıb, bu yarışların onlar arasındakı dərin bağları daha da möhkəmləndirəcəyi vurğulanıb. 3 mərhələ üzrə 2 gün ərzində keçirilən “Peşə Ustalığı Yarışları”nda “Azərişıq” ASC-nin komandası “Ən yaxşı iş icraçısı” və “Ən yaxşı hakim işi” nominasiyaları üzrə bütün rəqiblərini üstələyərək qalib…
Daha çoxDövlət əmlakı olan 74 nəqliyyat vasitəsi hərraclara çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 22-si və 29-da hərraclar keçiriləcək. Hərraclara 74 nəqliyyat vasitəsi çıxarılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir. İyulun 29-da keçiriləcək hərraca isə lot üzrə 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.
Daha çoxAzərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti – VİDEO
Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti – VİDEO
Daha çoxSuların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni rəis və rəis müavini təyin olunub. SİA bu barədə Xidmətə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qurumun rəisi Rafiq Aslanov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini təyin edilib.
Daha çox“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” dəyişib
Nazirlər Kabineti 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq sığortaedənlər bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün həmin Qanunla müəyyən edilmiş…
Daha çoxBəzi sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəlirinin hesablanması qaydası müəyyən edilib
Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3, digər rayon (şəhər) və…
Daha çoxQlobal Dayanıqlı Nəqliyyat İnnovasiyaları və Bilik Mərkəzinin Azərbaycanda filialı yaradıla bilər
Çinin Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən və 2022-ci ildən etibarən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən Qlobal Dayanıqlı Nəqliyyat İnnovasiyaları və Bilik Mərkəzi (GSTIKC) Azərbaycanda filialı yaradıla bilər. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Çində müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” keçirilib. Tədbirin məqsədi nəqliyyat sahəsində dayanıqlı inkişafın təmin olunması üçün holistik baxışın və vahid strategiyanın formalaşdırılması, innovativ və təkrarlanabilən təşəbbüslərin paylaşılması, rəqəmsal inkişaf, yaşıl və aşağı karbonlu texnologiyalar, nəqliyyat sistemlərinin inklüzivliyi və təhlükəsizliyi ilə bağlı qlobal əməkdaşlığı gücləndirməkdir. Tədbirdə…
Daha çoxAzərbaycanda “yaşıl enerji” resurslarından istifadənin təşviqi müzakirə edilib
Azərbaycanın “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr aparılıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, həmkarları ilə “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda keçirilən paneldə iştirak edib. “Azərbaycanın beynəlxalq enerji, nəqliyyat və ticarət platformalarında strateji rolu, regional əməkdaşlığın şaxələndirilməsi, özəl sektorun xarici bazarlara çıxışının artırılması, “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr apardıq”, – deyə M.Cabbarov vurğulayıb.
Daha çoxKənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Azərbaycanda iyulun 15-dən avqustun 15-də qədər həyata keçirilməsi nəzərdə tutulan kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Daha çox